Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

KORONAVİRUS MİLLİ VALYUTALARI DA ÇÖKDÜRÜR - Lirə və rubl “büdrəyir”, bəs manatı nə gözləyir?

 

 

Çini bürüyən koronavirus böhranı, Rusiya və Türkiyənin Suriyadakı maraq toqquşmalarının açıq müstəviyə çıxması, Liviyada gedən müharibə, nəhayət Ukryanada atəşkəsin pozulması dünya iqtisadiyyatına təsirsiz ötüşmür. 

Yenixeber.org: Neftin qiyməti son bir ayda təxminən 13 faiz aşağı düşüb, ABŞ dolları getdikcə möhkəmlənir, habelə Rusiya və Türkiyə valyutaları dollar qarşısında dəyər itirirlər. Bir dollar artıq 6.08 lirəyə, yaxud 64 rus rubluna dəyişdirilir. Yaxın günlərdə bu valyutalarla bağlı yeni antirekordların qeydə alınması da istisna olunmur.

Beynəlxalq analtiklər yetişməkdə olan və ümumilikdə dünyanı əhatə edəcək yeni böhranın ayaq səslərinin eşidildiyini xəbər verirlər.

Mövcud durumu şərh edən maliyyəçi-ekspert Zaur Əhmədov qeyd etdi ki, dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər milli valyutaların sabitliyində problemlər yaratmaqda davam edəcək.

Onun sözlərinə görə, Çindən bəzi məhsulların idxalının digər ölkələrin məhsullarıyla əvəz olunması xarici ticari sövdələşmələrdə eyni miqdarda mal üçün daha çox valyutaya tələb yaradacaq: "Bu, təkcə iqtisadi yox, eləcə də siyasi və hərbi cəhətdən hazırda daha həssas hesab etdiyimiz Türkiyə valyutasına tezliklə öz təsirini göstərdi. Ancaq onu da qeyd etmək yerinə düşərdi ki, koronavirusun dünya iqtisadiyyatı üçün yaratdığı problemlər Türkiyə iqtisadiyyatı üçün əslində imkanlara da çevrilə bilər. 

Belə ki, Avropa və Yaxın Şərq ölkələrinin Çindən idxalı məcburən azaltması və bu vəziyyətin ən azı 3-4 ay davam edəcəyini nəzərə alsaq, Türkiyə sənaye məhsulunun bu ölkələrə ixracına geniş şərait yaranacaq. Lakin bölgədə hazırkı gərginlik Türkiyə ixracı üçün təhdidlər yaratmaqda davam edir və son on gün ərzində Türk lirəsi hər gün dəyərini itirir. İdlibdə Rusiya və Türkiyənin maraqlarının toqquşması, Liviya məsələsində yaranan fikir ayrılığı lirəyə inamın azalması ilə nəticələndi. Bu gün də Türkiyə lirəsi dəyər itirməklə günə başladı və hazırda 1 dollar 6.08 TL-yə dəyişdirilir. Lakin Türkiyə Mərkəzi Bankı çevik hərəkət edərək bu xəbəri manşetlərdə faiz endirimi xəbəri ilə əvəz etməyə üstünlük verdi. Mərkəzi Bankın uçot faiz dərəcəsi 11.25-dən 10.75 ə endirildi".

 


 

Z. Əhmədov hesab edir ki, ucuzlaşmış lirə və yumşaq pul siyasəti ixracatçıları stimullaşdırcaq və Türkiyə öz itkilərini ixracı genişləndirməklə bərpa edə bilər: "Türkiyə Mərkəzi Bankı bundan sonra hər ay faiz dərəcələrinə düzəliş ediləcəyini bəyan etməklə prosesləri nəzarətdə saxlayacağına istehsalçılarında əminlik yaratmağa çalışdı".

Ekspert vurğulayıb ki, eyni gərginliklərin Rusiya rubluna da təsir edəcəyi gözlənilir: "”OPEK+”-un fevral iclasının martın əvvəlinədək təxirə salınması rubl üçün də arzuolunmaz korreksiya vəd edir. Belə ki, “OPEK+” ölkələrinin gündəlik hasilatı əlavə 600 000 barrel azaltmaq məsələsində razılığa gəlməməsi rublun da məzənnəsinə mənfi təsir edə bilərdi. Lakin burada bazar payının azalması məsələsi xüsusi əhəmiyyət kəsb edir. 

 

 

Eyni zamanda Türkiyə və Rusiyanın İdlibdəki danışıqlarının dünənki raundunun nəticəsiz olması və gərginliyin daha da çoxalması neftin qiymətinin artması ilə nəticələndi. Neft qiymətlərinin son bir həftədəki artımı uzunmüddətli olmasa, bu, Rusiya rublunun da dəyər itirməsinə gətirəcək. Qeyd etmək lazımdır ki, Rusiya rublunun kursuna ən çox təsir edən amil məhz neft qiymətləridir".

Zaur Əhmədovun sözlərinə görə, investorların ehtiyatlı tərpənməsi, daha çox qızıla üz tutması qızılın qiymətlərini son 7 ilin maksimumuna çatdırdı: "Bu göstərir ki, koronavirusun mənfi təsirləri bir çox sahələr, eləcə də milli valyutalar üçün ciddi nəticələr ortada qoyacaq".

Ekspert vurğulayıb ki, milli valyutamız oaln manat üçün də neft qiymətlərinin aşağı olması arzuolunan hal deyil: "Əgər qısamüddətli şoklar olarsa, manatın sabitliyində heç bir problem olmayacaq".

Azərbaycan kiçik ölkə olsa da, onun hadisələrin episentrlərinə yaxın regionda yerləşməsi, habelə gəlirlərinin əhəmiyyətli hissəsinin neftdən formalaşması iqtisadiyyatımızı yaxın xaricdə baş verən hadisələrdən tez təsirləndirir. Qiymət faktoru ilə bərabər neft hasilatının aşağı düşməsi də ölkənin gəlirlərinə mənfi təsir göstərir. Rəsmi məlumatlara görə, hasilatın pik dövrü sayılan 2011-ci illə müqayisədə indi 13 milyon ton daha az neft çıxarılır. Bu rəqəm ölkənin valyuta gəlirlərinin hansı həddə azaldığını dəqiq göstərir.

2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Ekspertlərin hesablamalarına görə, ümumilikdə büdcənin 60 faizə qədəri birbaşa neft gəlirləri hesabına dolacaq. Ona görə, yenə də qlobal enerji bazarlarındakı təlatümlərin davamlı olması, neftin kəskin ucuzlaşması Azərbaycanda ciddi maliyyə problemləri yarada bilər.

 

 

Hazırda qeyri-neft sektorunun inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Dövlət investisiyalarının əhəmiyyətli hissəsi kənd təsərrüfatının, sənayenin, xarici bazarlara hədəflənən istehsalların stimullaşdırılmasına yönəlib. Məlumdur ki, bu strategiyanın da əsas donoru neft pullardır.

İkinci mühüm məqam 2015-ci ildən sonra milli valyutanın sabit saxlanılması ilə ölkə iqtisadiyyatında tənəzzülün dayandırılmasıdır. Artıq bank sektoruna inam bərpa olunmağa başlayıb, manatın həm yatırımlarda, həm də depozitlərdə çəkisi artır. Mərkəzi Bank bəyan edib ki, 2020-ci ildə də idarə olunan üzən məzənnə siyasətini davam etdirmək niyyətindədir.

Təbii ki, dünya iqtisadiyyatında dolların möhkəmlənməsi manata təzyiqləri artırır, bu da Azərbaycanın sabit məzənnə siyasətinin icrasını təmin etmək üçün çəkilən xərcələri yüksəldir. Bir tərəfdən də neftin ucuzlaşması ilə bağlı proqnozların özünü doğrultması gələcəkdə manatın qorunmasında ciddi çətinliklər yarada bilər.(azpolitika)

V. Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam