Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyəyə qarşı ABŞ sanksiyaları Azərbaycana belə təsir edəcək-EKSPERT

 

Türkiyəyə qarşı ABŞ sanksiyaları

"ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür".

Yenixeber.org: Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son bir həftədə lirə 4 faiz dəyər itirib:

"Belə ki, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə indi bu rəqəm 5.9 lirəyədək geriləyib. Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər".

Ekspert qeyd edib ki, Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır:

"Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam