Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” –Tükürpədən açıqlamalar

eldar sabir

“Gözlərimiz həbsxana yollarından çəkildi. Kürdəxanı, Şüvəlan, Binə, Lənkəran, Şirvandakı zindanları gördük. Acı xatirələr çoxdur. Şirini isə heç yoxdur. Bütün günahsızların azadlığa çıxması üçün ölkə prezidentinin xeyirxah addımının davamını görmək istərdik”.

Yenixeber.org: Məlumata görə, bunları sabiq YAP-çı deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun Prezidentin əfv fərmanı ilə azadlığa buraxılması haqda danışarkən deyib.

Yerli saytlara müsahibəsində oğlunun həbsinə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi günahlandıran E.Sabiroğlu, Rüfətə həbsdə verilən dəhşətli işgəncələrdən söhbət açıb. Sabiq deputat oğlunun səhhəti ilə bağlı sualı cavablandırarkən deyib:

“Sabiq müstəntiq belə qurtarıbsa, şükür buna! Səhhətindəki problemlərin öz-özünə, yoxsa nədənsə yarandığını tibbi müayinədən sonra dəqiq deyə bilərik. Vaxtı ilə canı-dildən müdafiə elədiyim hakimiyyətin nahaqdan həbs etdirməsi bir yana, Kürdəxanı təcridxanasında 25 illik resedivistin Rüfətin qaldığı kameraya köçürülərək onun psixoloji işgəncəyə məruz qoyulmasını, 9 saylıda altı ayın ərzində müxtəlif bəhanələrlə üç dəfə karsa salınmasını, öyrədilmiş məhkumun bıçaqla hücumunu (sonradan həmin məhkum mükafat olaraq əfvlə azad edildi) bir ata kimi unuda bilmərəm. Rüfətin sonuncu 10 günlük kars həyatı isə miqyasına görə elə dəhşətli və ölümsaçan işgəncələr növü ilə yaddaqalan olmuşdur ki, xatırladıqca damarlarımda qanım donur. Penitensiar xidmətin Füzuli adında əməliyyatçısı və 9 saylı CÇM-nin sabiq rəis müavini Azər Bağırzadənin Rüfətə verdikləri işgəncələri, 7 saata yaxın çarmaxa çəkmələrini sözlə ifadə etmək çətindir. Evdə-eşikdə məsləhət görürlər ki, danışmayım. Axı necə danışmayım ki, Rüfəti intihar həddinə çatdırıblar. İlk dəfədir dilə gətirirəm. Təhqirlərə, işgəncələrə dözə bilmirmiş. Kimlər Rüfətin qanına susayıb!? Bu sualın cavabı mənim üçün qaranlıq deyil… Təsəvvür edin! Oğlumu lüt soyundurub üzünə, bədəninnə tüpürüblər, ən iyrənc hərəkətlər ediblər, əlini, ayağını dəmir çarpayıya bağlayıblar. Bu vəziyyətdə 1 sutka qalıb! Təbii ehtiyacının çarpayıda ödətdirib buna gülüblər! Ayaq yolunda sürüyüb iyrəncliyi seyr ediblər! Baxın, oxuyun Azərbaycan xalqı! Baxın, oxuyun Azərbaycan rəhbərliyi! Amma Rüfətim sınmayıb. Bu uşaq beton parçaymış, vallahi. Şükürlər olsun Allahıma ki, Rüfəti vəhşətin qarşısında sındırmadı”.

Ümid edirik ki, Eldar Sabiroğlunun bu dəhşət saçan açıqlamalarının üstündən sükutla keçilməyəcək və hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. İndiki dövrdə Azərbaycan həbsxanalarında belə dəhşətli işgəncələrin baş verdiyinə inanmaq və bununla barışmaq çətindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam