Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Sabiroğlu: “Ailəm üçün yaxşı nəticələnmədi”

Eldar Sabiroğlu: “...Ailəm üçün yaxşı nəticələnmədi”

 

 

 
“Bu 5 ildə ortada rüşvət məsələsi yox idi. İndi nə oldu rüşvət məsələsi ortaya çıxdı?”
Xeberinfo.com:   Məlumata görə, bunu Modern.az-a açıqlamasında  Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərova cinayət işi açılması məsələsinə münasibət bildirərkən deyib.  
O qeyd edib ki, hələlik məsələnin nə ilə nəticələnəcəyini gözləyir.  
“İndi ətraflı nəsə deyə bilmirəm. Hadisələrin sonunu gözləyirəm. Adətən, belə hallarda kiminsə üzünə durmaq çətin məsələ deyil.  İndi nə faktlar toplayıb ortaya nələr atıblarsa  nəticəsini gözləməklə məşğulam. Hələ ki, oğlumun adının rüşvət məsələsində hallanmasına bir ata kimi arqumentlərim yoxdur.
Bunu vəziyyətin gedişatı zamanı biləcəm. Əgər istintaq aparsalar mən də o zaman geniş formada fikirlərimi bildirəcəm. Bir onu deyə bilərəm ki, ard-arda mətbuata verdiyim  açıqlamalar ailəm üçün yaxşı nəticələnmədi”.
Qeyd edək ki, Rüfət Səfərov  5 il Zərdab rayonunda müstəntiq kimi fəaliyyət göstərib. Bir müddət öncə isə prokurorluq orqanlarından istefa verib. Həmçinin, sərt açıqlamaları ilə gündəmə gəlib.  
Zərdab rayon Prokurorluğunun keçmiş  müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam