Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

"Mənə və övladıma pislik etmək niyyətindədirlər"

eldarMəşhur YAP-çı oğlunun təkrar həbs edilə biləcəyindən narahatdır

Xeberinfo.com:   Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa verən və hazırda ev dustaqlığında olan Rüfət Səfərovun atası oğlunun yenidən həbs edilə biləcəyindən narahatdır.

Məşhur YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu bununla bağlı azadliq.info-ya göndərdiyi açıqlamada qeyd edir ki, ona təkrar zərbə vurmaq istəyən qüvvələr Rüfət Səfərovun barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsinə çalışırlar.

Oğlum Rüfətin işi ilə əlaqədar mənə məlum olan bəzi çevrələr yeni oyun qaydalarına start veriblər. Rüfətin barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək, onun ev dustaqlığına buraxılması həmin düşmən qüvvələrin rahatlığını deyəsən, əməlli-başlı pozub. Buna başqa ad verə bilmərəm. Onlar əl çəkmək istəmirlər. Sonuna qədər mənə və övladıma pislik etmək niyyətindədirlər. Hər şey apaydın görünür. İfşa etdiyim şəxs və çevrəsinin yeni hiyləgərliyə əl ataraq, Rüfətin ipucu verən açıqlamasını təkrar, özü də daha qızışdırıcı sərlövhə ilə tirajlamaları göstərir ki, onlar yenə də bərabərdirlər. Soruşmaq istəyirəm, açıqlamanı bir dəfə yaydınız, ikinci dəfə onun “Rüfət Səfərov hakimiyyətə meydan oxuyur” başlığı ilə dərc etməkdə məqsədiniz nədir? Siz bunu izah edə bilərsinizmi? Bir ata olaraq buna öz etirazımı bildirirəm. Ola bilər ki, dediklərim xoşunuza gəlməsin, özünüz bilərsiniz. Ancaq bu bir həqiqətdir ki, “inqilabi çağırışla” açıqlamanın təkrar çapı nələrdənsə xəbər verir”, – deyə Sabiroğlu açıqlamasında yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam