Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir.
Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ müşavirədə bildirib.
Onun sözlərinə görə, Rusiya istənilən strateji təhdidlərə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır: "Rusiya çəkindirici qüvvələrinin etibarlılığına və effektivliyinə əmindir"
Putin bildirib ki, Rusiya və ABŞ arasında nüvə raketləri və strateji müdafiə silahlarına nəzarət üzrə razılaşmalar sistemi demək olar ki, tamamilə ləğv edilib: "START müqaviləsinin 2026-cı ildə başa çatması raket potensialının birbaşa məhdudlaşdırılmasına dair sonuncu razılaşmanın yox olması deməkdir. Rusiya START Müqaviləsi ilə müəyyən edilmiş status-kvonu saxlamağa çalışmaq istəyir".
O əlavə edib ki, Rusiya 2026-cı ilin fevralında başa çatdıqdan sonra START Müqaviləsinin mərkəzi məhdudiyyətlərinə bir il ərzində riayət etməyə hazırdır.