Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“BAKCELL, SİZ BU OĞURLUQDAN FAİZ ALIRSINIZ“ –DAHA BİR JURNALİST FIRILDAQDAN ŞİKAYƏTLƏNİR

 

“Bakcell, oğurluq haramdır!. Partnyor şirkətləriniz icazəmiz olmadan hansısa “xidmətlərə” qoşurlarsa, deməli, siz icazə verirsiniz”.

Yenixeber.org: Bakcell-ə qarşı bu ittihamı jurnalist Rəşad Vaqifoğlu sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, 555-lə əlaqə saxlayıb: “Hansısa xidmətə abunə olduğumu dedilər. Guya mənə hansısa mesajlar göndərərək “xidmət” göstərirlər. Təbii ki, mən hansısa xidmətə abunə olmamam. Əgər olmuşdumsa, niyə mənə bu barədə heç bir məlumat verilmir. Hansısa xidmət göstərilmədiyi halda, sadəcə balansımdan 60 qəpik(lər) silinir. Bu şirkətlər sizin partnyorunuzdur. Həmin silinən məbləğlərdə sizin faiziniz var. Yəni kommersiya marağınız var. Ən əsası, mən o partnyor şirkətlərinizin deyil, sizin müştərinizəm. Balansıma nəzarət etməyim üçün, silinmə barədə bildiriş almaləyam. Siz isə bunu etmirsiniz. Bir sözlə, bu firıldağın içində siz də varsınız”.

Jurnalist bildirib ki, şirkət bunu işgüzar nüfuzuna ziyan hesab edirsə, məhkəməyə versin: “Məmnuniyyətlə, məhkəmədə dediklərimi sübut edərəm. Amma bir daha deyirəm, oğurluq və fırıldaq haramdır”.

“Bakcell” isə ənənəvi cavabla jurnalistin ittihamından yayınmağa çalışıb.(Mia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam