Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Bakcell”in iPhone 6s kampaniyasının bəzi gizlinləri - SAXTAKARLIQ

bakcel

Xeberinfo.com:  Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar istər kampaniyaları, istərsə də təklif etdikləri tarif paketləri ilə heç bir halda abonentin xeyrinə olan bir addım atmırlar. Hər dəqiqə gələn yersiz mesajlar – vay o günə ki, çaşıb bu mesajlardan birinə “OK” düyməsini vurasan – balansdan səbəbsiz yerə gündəlik çıxılan pullar, güya ki, hansısa kampaniyaya qoşulmusan adı ilə deyilən yalanlar, tarif paketinə 3 qəpik qiymət qoyub- 6 qəpik, bəzən də 9 qəpik çıxanlar… Bütün bunların bir adı var: SOYĞUNÇULUQ!

“AzPolitika.info”ya Azərbaycanda “yetərincə” abonenti olan, reklam çarxlarında özünü ən ”etibarlı” mobil operator kimi göstərən “Bakcell” şirkətində baş verən bir saxtakarlıqla bağlı məlumat daxil olub.

Söhbət ölkəyə car çəkilən kampaniyadan – “Bakcell”in iPhone 6s kampaniyasından gedir. Kampaniyanın mahiyyəti nədir? Demək şirkətə 600 ədəd iPhone 6S telefonu “yüklənib”. Bu telefonları da satmaq məqsədi ilə, şirkət kampaniya adı ilə öz müştərilərinə “faizsiz” kredit təklif edir. Bu 600 abonent də güya ki, mobil danışıqdan daha çox istifadə etdiyi üçün şirkətin iPhone 6S kampaniyasından yararlanmaq şansı qazanıb. Halbuki, hazırda paytaxt mağazalarında 1199 manata nağd şəkildə satılan bu telefon, “Bakcell”in “şanslı” müştərilərinə “faizsiz kreditlə” nə az-nə çox, düz 1764 manata təklif olunur!

Belə ki, bu telefonu 12 ay müddətində, ayda 147 manat ödəməklə təklif edirlər. Şirkətin bildirdiyinə görə, bu məbləğdən ayda 15 manat danışığa və başqa xidmətlərə çıxılır. Yerdə qalan 132 manat telefonun qiymətindən silinir. Bunu da 12 aya vurduqda isə 1584 manatedir. Yəni bu kampaniyada faizsiz, ilkin ödənişsiz və digər vədlərin hamısı aldatmacadan başqa bir şey deyil.

Onu da nəzərinizə çatdıraq ki, bu kampaniyanı digər mobil operatorlardan biri də təşkil edir. Həmin operator bu telefonu ayda 147 manata deyil, 99 manata öz müştərilərinə təklif edir. Yəni “Bakcell”ə baxanda bu operator daha insaflı davranmış olur.

baksel dogma cin“BAKCELL”İN DOĞMA CİN TARİFİ

Şirkət bölgələrdə yaşayan vətəndaşlarımızı da “düşünmüş” olsa gərək ki, bu tarif paketini ərsəyə gətirib. Belə ki, “AzPolitika”ya daxil olan məlumata görə, şirkət bu xidmətdə də öz abonentlərini nigaran qoymağı bacarıb. Söhbət ondan gedir ki, bu tarifə aid nömrələr yalnız bölgələrdə yaşayan vətəndaşlarımıza satılmalıdır. Ancaq bizə daxil olan məlumata görə şirkət işçiləri bunun da asan yolunu tapıblar. Belə ki, nömrələrin cuzi bir hissəsi bölgələrdə satılır, qalan nömrələr isə paytaxtda satışa çıxarılıb. Bəs məqsəd nədir? Çünki bölgədə istifadə olunan nömrədən danışıq üçün hər dəqiqəsinə ortalama 3 qəpik çıxıldığı halda, paytaxtda bu rəqəm 9 qəpik olur.

Nəzərinizə çatdıraq ki, şirkət daxilində alınan qərara əsasən, bu nömrələrin paytaxtda satışı qadağandır. Görünür hansısa qrupun maraqları ilə üst-üstə düşməyib ki, qadağan olunmuş nömrələr Bakıda da satılmağa başlanıb.

İPHONE KAMPANİYASI NİYƏ BAŞ TUTMADI?

“AzPolitika.info”ya daxil olan məlumata görə, “Bakcell”in bu kampaniyasının alınmamasına səbəb təkcə qiymətlərin baha olması deyil, həm də şirkət işçilərinin özbaşınalığı və təbii ki, rəhbərliyin səriştəsizliyi olub.

Yuxarıda da qeyd etdiyimiz kimi, şirkətin seçdiyi 600 “sevimli” nömrə, şirkət rəhbərləri ilə yanaşı, rəsmi dillerlərin də əlinə keçib. Siyahını ələ keçirən rəsmi dillerlər isə onu qarşılarına qoyub, kampaniyaya düşmüş mömrələrə bir-bir zəng vuraraq, nömrələrini almaq istədiklərini deyərək, onlarla nömrəni alıb öz adlarına keçiriblər. “Yox” cavabı aldıqları nömrə sahiblərinə isə daha da yüksək qiymət təklif edərək, nömrələri əldə etməyə nail olublar.Şirkət işçiləri bunu kampaniyanın ilk günlərində – iPhone 6s açıq bazardan nisbətən ucuz başa gələndə ediblər. Yəni cəmi bir neçə gün sərfəli olan kampaniyanın xeyrini elə “Bakcell”in öz işçiləri görüb. Məlumata görə, şirkətdə bununla bağlı ciddi daxili araşdırma başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam