Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olunur

Şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti oktyabrın 1-dən bərpa olunacaq.

 

Yenixeber.org: Bu barədə "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) bildiriblər.

Şirkətdən deyiblər ki, yay tətili ilə əlaqədar olaraq, SMS-bildiriş xidməti yeni tədris ilinə qədər dayandırılmışdı:

"Məktəblərdə cari tədris ili sentyabrlın 17-i başlyacaq. Tədris ilinin əvvəlində dərs cədvəli hazırlanır və daha sonra bu, elektron bazaya inteqrə olunur. Bu işlər üçün müəyyən vaxt tələb olunur, ona görə də xidmət tam olaraq oktyabrın 1-i işə salınacaq".

Qeyd edək ki, şagirdlərin davamiyyəti üzrə SMS-bildiriş xidməti "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub.

SMS-bildiriş xidməti Azərbaycanın bütün mobil rabitə operatorlarının (Bakcell, Azercell və Azerfon) şəbəkələrində əlçatandır.

Xidmətə qoşulmaq üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinifin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Aylıq abunə haqqı 4,72 manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam