Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Həbsdə olan YAP-çı ilə Ali Məhkəmənin hakimi arasında 70 minlik qızıl işi –Prezidentə MÜRACİƏT

 

13 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən Kiçibəyov Ramin Elbəyi oğlu Prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.

Yenixeber.org: Bir surəti redaksiyamıza göndərilən məktubda məhkum qeyd edir ki, Şirvan Apellyasiya məhkəməsinin 22.10.2020-ci il tarixli 1(106)-292/2020 saylı qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Şikayətim Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verildi. Onunla Şirvan Apellyasiya Məhkəməsində işlədiyi vaxtda qızıl işi ilə bağlı aramızda 70.000 manat pul mübahisəsi olduğu üçün işimə qərəzli baxmasını başa düşdüm və kasassiya şikayətimi geri götürdüm. Əlavə olaraq bildirirəm ki, 01.06.2020-cil il tarixinə təyin edilmiş kasassiya şikayətimdə mən bütün bu halları göstərmişdim. Məhkəmə iclası Ali Məhkəmədə 01.06.2020-ci il tarixinə təyin edilməsinə baxmayaraq, hakim məni məhkəmə iclasına çıxarmadı və faksla şikayətdən imtina ərizəmi aldı.

Sonra mən təkrar 09.06.2020 ci ildə kasassiya şikayəti verdim və şikayətim yenidən baxılması üçün Ali Məhkəmənin hakimi Ələsgər Novruzova yazıldı.17.11.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında yazılı vəsatətimi və etirazımı qəbul etmədi, işə qərəzli və öz şəxsi mübahisəsi prinsipi ilə baxaraq qərar qəbul etdi. Katibi Vüqarın vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsində işlədiyi dövrdə 2017-ci ilin noyabr ayında aldığı 70.000 min manatı qaytarmadı və işi həll etmədi.

Mən bu barədə Ali Məhkəmənin 17.11.2021-ci il qərarından Ali Məhkəmənin sədrinə əlavə şikayət etmişəm və bütün bunları şikayətimdə göstərmişəm. İşimə ədalətli baxılmasa aclıq aksiyasına başlayacam və məmur özbaşınalıqına görə Yeni Azərbaycan Partiyası sıralarından çıxacam. Mən etmədiyim cinayətə görə cəza çəkmək istəmirəm”.

Məhbus bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara audio faktları təqdim etməyə hazırdır.(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam