Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Keçmiş prokuror bəraət istəyir

 

Yenixeber.org: Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından kassasiya şikayəti verib.

AzNews.az xəbər verir ki, keçmiş prokurorluq işçisinin məhkəmə prosesi yanvarın 9-da Ali Məhkəmədə keçiriləcək.

Şikayət hakim Əli Seyfəliyevnın sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, S.Nəsirov zərərçəkmiş şəxslərə ümumilikdə 150 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru S.Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı dəyişməyib.

Qeyd edək ki, S.Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum edtmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam