Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"MƏNƏ NƏ İŞ, NƏ DƏ ƏLİLİK DƏRƏCƏSİ VERİRLƏR" -Hərbi Hospital xüsusi təyinatlı qazimizi “anadagəlmə xəstə” çıxartdı + VİDEO

"Sizə müraciət etməyimə səbəb hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqdır".

Yenixeber.org: Bu fikirlər Ucar rayon Bərgüşad kənd sakini, Vətən müharibəsi qazisi Abbaslı Samir Yusif oğlunun Prezidentə müraciətində yer alıb.

Bir nüsxəsi də göndərilən müraciətdə şikayətçi bildirir ki, hərbi xidmətini başa vurduqdan sonra orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib: " Məlumat olaraq Sizə bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, daha sonra isə 701 saylı hərbi hissələrdə xidmət etmişəm.

Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə almışam. Müayinələr zamanı aldığım qəlpə yaralarından başqa ürək çatışmazlığından əziyyət çəkdiyim də ortaya çıxdı və hərbi xidmətə tam yararsız hesab edildim. Lakin mənə bildirirlər ki, ürək çatışmazlığm anadangəlmədir. Amma bu, tam yalandır, mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam".

 

 

Samir Abbaslı yazır ki, bu səbəbdən ona müharbə əlili statusu verimirlər, ancaq mülki şəxs kimi əlillik dərəcəsinin təyin olunmasının mümkünlüyündən danışılıb: "Mən bunu ədalətsizlik və qanunsuzluq hesab edirəm. Əgər məndə ürək çatışmazlığı anadangəlmədirsə, niyə həqiqi hərbi xidmətə aparıblar və niyə bu sistemdə işə götürüblər? Yox, əvvəl ürək çatışmazlığı hiss olunmayacaq dərəcədə olduğundan, orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı bu vəziyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə nə iş verirlər, nə də ki, əlillik dərəcəsi təyin edirlər. Belə çıxır, mən yıxılıb ölməliyəm..."

Şikayətçi qeyd edir ki, həkimlər ona açıq ürək əməliyyatı olunmasının zəruri olduğunu deyiblər.

"Amma əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər",-deyə o əlavə edib.

S. Abbaslı qeyd edir ki, müharibə əlili sayılmadığına görə bu əməliyyatı mülki xəstəxanalarda ödənişli etdirməlidir, onu ödəmək üçün də maddi imkanı yoxdur.

Müharibə iştirakçısı media vasitəsi ilə ölkə Prezidentindən və aidiyyatı qurumlardan onun problemi obyektiv araşdırılmasına və müharibə əlili kimi haqqının tanınmasına yardımçı olmağı xahiş edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam