Müharibə Qazisi Mehdi Səlimzadədən şikayətçidir-"Mənə 100 manat pul, 7 manatlıq üzqırxan verdi"-FOTOLAR
Yenixeber.org: Redaksiyamıza Göyçay rayon Kürdəmiş kənd sakini Vətən müharibəsi qazisi Nəzərov Hilal Əlmirzə oğlunun müraciəti daxil olub. Müraciətində müəllif kəskin maddi sıxıntı keçirdiyini bildirir və Göyçayın icra başçısı Mehdi Səlimzadənin sayqısızlığından giley edir:
"Göyçay rayon Kürdəmiş kənd sakini Vətən müharibəsi qazisi Nəzərov Hilal Əlmirzə oğlu tərəfindən
Şikayət Ərizəsi
Yazaraq Sizə bildirmək istəyirəm ki,mən Göyçay rayon Kürdəmiş kənd sakini 1994-ci il təvəllüdlü Nəzərov Hilal Əlmirzə oğlu 21 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətən müharibəsinə yola düşdüm.Öncə Gəncə şəhərində yerləşən 285 saylı Hərbi Hissəyə,sonra Goranboya,daha sonra isə Tərtərə getdik.Təxminən 5 gün sonra tankist olaraq Ağdamda gedən döyüşlərə qatıldım.23 Oktyabr tarixdə qızğın döyüşlər anında Tankdaikən düşmənin hədəfinə tuş gəldim.İdarə etdiyim tankın vurdular.Güllədən qopan qəlbə boğazıma və bədənimin digər yerlərinə dəydi.Orada ilkin tibbi yardımdan sonra məni Ağdamda yerləşən Saracallı hərbi hospitalına apardılar.Həmin gün boğazımdan təcili əməliyyat olundum.Sonra isə Bakı şəhərində yerləşən Papalin hərbi hospitalına göndərdilər.40 gün orada müalicə olunduqdan sonra 1 ay müddətinə məzuniyyətə göndərildim.
Hazırda yaşadığım Göyçay rayon Kürdəmiş kəndindəyəm ev şəraitində müalicə olunuram. Danışmağa çətinlik çəkirəm çünki qəlbə boğazıma dəyib.Dərmanlarımı almağa müaılicə olunmağ maddi imkanım yoxdur.Ərizə ilə müraciətlər etdikdən sonra icra başçısı Mehdi Səlimzadə mənə 100 manat pul və 7 manat qiyməti olan üzqırxan verdi.Mən icra başçısından xahiş etdim ki, müalicəm və dərmanlarım üçün mənə köməklik göstərəsin.Arxayın ol,yardım edəcəyik deməsinə baxmayaraq hələ də heç bir yardımdan söz belə gedə bilməz.
Bildirmək istəyirəm ki,ailəliyəm və bir övladım var.Azyaşlı qızım mən Vətən müharibəsinə getməmişdən öncə də ağır yanıq xəsarəti almışdı.Həm onun həm də özümün müalicəmiz üçün maddi imkanım yoxdur. Hazırda maddi durumumuz çox aşağıdır.Yaşadığım ev qəzalı vəziyyətdədir.Göyçayın icra başçısı Mehdi Səlimzadə televizorlarda özünü yalandan təriflətdirməklə məşğuldur. Heç bir qaziyə və şəhid ailəsinə diqqət ayırmır. Baxmayaraq ki, onun milyonları var. Hörmətli prezident cənab İlham Əliyev sizdən xahiş edirəm müalicəm üçün mənə maddi yardım edilməsinə tapşırıq verəsiniz".

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.