Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Qoca kişisən, daha yaramırsan” –  Xalq artistini teatrdan uzaqlaşdırdılar

“Qoca kişisən, daha yaramırsan” –  Xalq artistini teatrdan uzaqlaşdırdılar

Xalq artisti Tariyel Qasımov uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılıb

Yenixeber.org: Bu məlumatı aktyor özü verib: “Dedilər ki, qoca kişisən, daha yaramırsan. Gənc Tamaşaçılar Teatrında bir tamaşam vardı – “Sarıköynək və Valehin nağılı”. Onu da repertuardan çıxarıblar ki, mən ümumiyyətlə, teatrda olmayam. Hazırda təqaüddəyəm, rayonda qalıram, Ağstafada”. 

81 yaşlı aktyor bundan sonra gələn serial təkliflərini dəyərləndirəcəyini bildirib: “Mən aktyoram, bundan sonrakı təklifləri də gözdən keçirəcəyəm, qane edən ssenari olsa, çəkiləcəyəm. O yaş həddini kim müəyyən edib, heç bilmirəm. Heç bir teatrda belə şey yoxdur. Məsələn, öz aktyorumuzun adını çəkim: Ağasadıq Gəraybəyli. O, 90 yaşında "Əliqulu evlənir" tamaşasında oynayırdı. Heç gözləri də yaxşı görmürdü. Vaxtilə biz institutu bitirib teatra gələndə böyük sənətkarlardan öyrənirdik, təcrübələrindən faydalanırdıq. İndi yaşlıların hamısını teatrdan çıxardılar. Bəs institutu bitirib gələn gənclər kimdən öyrənəcəklər? Məsələ bax, budur. Həm də belə bir məsələ var, mənim yaşım çoxdur, düzdür, amma nə belim əyilib, nə başım əsir, nə dilim dolaşır. Nəyə görə çıxarılmalıyam? Bu ancaq Gənc Tamaşaçılar Teatrında olub. Qalan heç bir teartda yaşlı aktyorları işdən çıxarmayıblar, onlar tamaşalara çəkilir, maaşlarını da alırlar. Bizə deyirlər müqavilə bağla, gəlib tamaşanı oynayarsan. Müqavilə bağladıq, o saat da tamaşanı repertuardan çıxatdılar”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam