Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Azərbaycanın xalq artisti -vəfat etdi

 

 

Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Yenixeber.org: Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

İş yoldaşı, əməkdar artist İlham Əsədov bildirib ki, ötən gün - fevralın 28-də A.Salmanlının nəvəsinin toyu olub. O, dostları ilə birlikdə nəvəsinin toyunda iştirak edib.

A.Salmanlı bu gün Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti tamaşada oynamalı idi.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. 

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam