Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ABŞ ÖZÜNÜN QURDUĞU İQTİSADİ SİSTEMİ NİYƏ DAĞIDIR? –G-7 zirvələri artıq məna və əhəmiyyətini itirir - Təhlil


Soli Özel

“Habertürk”, Türkiyə, 11 iyun 2018-ci il

 

Yenixeber.org: Sənayeləşmiş Qərb ölkələrinin və Yaponiyanın dünya iqtisadiyyatını müzakirə etmək üçün ilk dəfə görüş keçirməsi 1975-ci ildə, o dövrdə Fransanın prezidenti olan Valeri Jiskar d`Estenin dəvətilə baş tutmuşdu. Həmin il toplanan 6 ölkəyə ertəsi il – 1976-cı ildə Kanada da əlavə olunca, G-7 ortaya çıxmışdı. 1977-ci ildə Avropa İqtisadi Birliyi, 1997-ci ildə də Rusiya həmin qrupa daxil edilmiş və onun qatılması ilə qrupun adı G-8 olmuşdu. 2014-cü ildə Krımın ilhaq ediməsi səbəbilə Rusiya qrupdan çıxarılınca, G-7-yə geri dönülmüşdü.

Dünya iqtisadiyyatı, 1973-cü ildəki Ərəb-İsrail müharibəsinin ardınca baş verən neft qiymətlərindəki böyük artım səbəbilə, dərin böhrana girmişdi. Fransa bu dəvətlə Avropanı o günlərdə həm iqtisadi, həm siyasi baxımdan dərin böhran içində olan, Vyetnam müharibəsini uduzmanın və bu müharibənin cəmiyyəti darmadağın etməsinin travmasını yaşayan ABŞ-la bərabərləşdirmək istəmişdi. Əlbəttə, bu yolla Fransanın Avropa sistemi içindəki dominant rolunu da qeydə aldırmış olacaqdı.

2008-ci ilədək bu ölkələrin dünya iqtisadiyyatını müzakirə etmələri, qərarlar almaları, layihələr təklif etmələri legitim hesab edilirdi. Çünki onlar dünya iqtisadiyyatının böyük bir bölümünü təmsil edirdilər. Düzdür, 2000-ci ildən etibarən Asiyanın, daha doğrusu Çinin nəfəsini də ənsələrində hiss etməyə başlamışdılar. 2008-ci ildə iqtisadi böhran Qərb ölkələrində(2007-2008-ci illərdə ABŞ-ın ipoteka sektorundan maliyyə böhranının başlaması ilə – tərc.) baş verincə, G-7 dünya iqtisadiyyatının gedişatını müəyyənetmə imtiyazını və legitimliyini itirdi. Əslində tükəndi.

Və o, panika halında bayrağı ortalığı yatışdıracağına ümid edilən G-20-yə təhvil verdi. Bir az da bu səbəblə, beynəlxalq ictimai rəy baxımından zirvələrin keçmiş çəkiciliyi də, elə də, qalmamışdı.

Qaldı ki, 2008-ci ildə Çin dünyanın ən böyük ikinci iqtisadi gücü halına gəlmişdi. Demokratik olmaması səbəbilə, dünyanın ikinci ən böyük iqtisadi gücünün dəvət edilmədiyi bir iqtisadiyyat zirvəsini də ciddiyə almaq üçün bir səbəb, əslində, qalmamışdı deyilə bilər. Tramp dövründə ABŞ-ın bu zirvəni və onun simvolik olaraq verdiyi anlamı ciddiyə almadığını da rəzalətlə nəticələnən son zirvədən sonra cümlə-aləm, hər halda, qavradı.

İyun ayının əvvəlindən etibarən ABŞ-ın yaxın müttəfiqlərinə polad və alüminiuma görə gömrük rüsumu tətbiq etməyə başlayan, avtomobil üçün də bənzər bir hazırlıq içində olan Tramp, hələ zirvə öncəsindən tərs-tərs tweetlər atmış, öz kəşfiyyat şefinin “demokratik prinsiplərə inanan Qərb ölkələrinin arasına nifaq salmaq” üçün həmlələr etdiyini söylədiyi Rusiyanın dəvət edilməməsinə etiraz etmişdi. Hətta bir ara zirvəyə getməməyi düşünmüşdü. Üzərində çətinliklə anlaşma əldə edilən mətndən (G-7 zirvəsinin yekun bəyannaməsinin mətni – tərc.) ABŞ-ın imzasını çəkərək, “Qərb dünyası”nın razılaşmasını gözləyənlərə son, bəlkə də ölümcül bir zərbə endirdi.

Qənaətimə görə, bu baş verənləri yalnız Trampın kaprizli xarakterinə, cəhalətinə və təməldə demokratiya ilə arası elə də xoş olmayan bir şəxs olmasına bağlamaq yanlışdır. Hərçənd, bu çəkindirici davranış tərzinin, uyğunsuzluqların, təkəbbürün bir imic, etibar hesabı vardır. Çin Sosial Elmlər Akademiyasının əməkdaşı Lu Şianq deyib ki, “Biz daima Trampın bir iş adamı olduğunu söyləyirik, ancaq kiçik ticarətçi belə ən önəmli varlığının etibarı olduğunu bilir. Tramp həm özünün, həm də ABŞ-ın etibarına zərər verir”.

ABŞ, özünün qurduğu dünya iqtisadi sisteminin qurum və qaydalarından qurtulmağa çalışaraq, dünyanın istehlakçı bazarı olmaqdan vaz keçmə yolundadır. Soyuq Müharibə dövründə strateji baxımdan önəmli olan müttəfiqlərinə öz bazarlarını sonuna qədər açmışdı. Yaponiyanın və digər Asiya pələnglərinin yüksəlişi də bu şəkildə mümkün olmuşdu. Ancaq azad ticarət və bazarlarını açmaq seçimi gələcək dövrdə əsl düşməni olan Çinin böyüməsinə də ciddi töhfə vermişdir. Trampın “Biz hər kəsin içindən pul oğurladığı pul daxılı deyilik” deməsinin arxasında bu həqiqətlər vardır.

Görünür, qarşıdakı müddətdə ABŞ getdikcə daha qorumaçı iqtisadi siyasətləri mənimsəyəcək, iqtisadi millətçiliyi həm daxili siyasətində önəmli bir xətt olaraq istifadə edəcək, həm də dünya ilə münasibətlərini bu çərçivədə quracaq. Keçmiş dövrə görə dünya ilə iqtisadi əlaqələri daha çox sıxlaşmış olan bir ABŞ iqtisadiyyatı üçün bu seçimin faydalı olub-olmayacağı zaman içində anlaşılacaq, ancaq kim gəlirsə-gəlsin keçmişdə olduğu kimi doqmatik bir azad ticarətçilik çox da savab hesab edilməyəcəkdir. Trampın hədəflərdən biri də ABŞ-da emal sənayesinin gücləndirilməsidir.

II Dünya Müharibəsi sonrasının dünya iqtisadi nizamı öz qurucusu tərəfindən sökülərkən, G-7 zirvələrinin məna və əhəmiyyətini itirməsi təəccüblü deyildir.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam