Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda daxili məhsul 5,3 faiz artacaq

 

     
 
      "xeberinfo.com":  Dünya Bankı 2014-cü ilə iqtisadi artım proqnozunu 3,2 faizə qaldırıb. Keçən ilin artım proqnozu 2,4 faiz olub. Məlumata görə, yeni hesabatda deyilir ki, dünyada bu ilə proqnozlaşdırılan iqtisadi artıma səbəb ABŞ iqtisadiyyatının güclənməsi olmalıdır. Bu il ABŞ iqtisadiyyatı 2,8 faiz artmalıdır. Avro zonasında isə 0,2 faiz iqtisadi artım proqnozlaşdırılır. Çin iqtisadiyyatı 7,7 faiz, Hindistan iqtisadiyyatı 6,2 faiz artmalıdır.  
      Hesabata görə, Azərbaycanda və Qazaxıstanda bu il neft istehsalı və ixracı güclənməkdə davam edəcək və bu ölkələrdə artım region üzrə orta artımdan böyük olacaq. Qeyd olunur ki, Azərbaycan, Qazaxıstan və  Özbəkistan kimi neft və qaz ölkələrinin iqtisadiyyatları sabit şəkildə genişlənəcək.
    Azərbaycanda daxili məhsulun bazar qiymətləri ilə 5,3 faiz artacağı bildirilir. Bu sürət gələn il bir qədər azalaraq 4,5 faizə, 2016-cı ildə isə 3,9 faizə düşəcək.
      Dünya Bankının fikrincə, neftin qiyməti yaxın 3 ildə çox dəyişməyəcək. 2014-cü ildə bir barrel neftin qiyməti 103,5 dollar, 2015-ci ildə 99,8 dollar, 2016-cı ildə 98,6 dollar olacaq.
       Azərbaycanda inflyasiya və işsizlik haqda məlumatlar və proqnozlar hesabata daxil edilməyib. İqtisadçı ekspert Azər Mehtiyev bildirib ki, hökumət bu il inflyasiyanın 4-5 faizdən çox olmayacağını deyir və bu zaman baza inflyasiyasına əsaslanır, dövlətin  tənzimlədiyi qiymətlərin qiymət artımına təsiri nəzərə alınmır: “Halbuki ötən il dekabrın 3-də yanacağın qiyməti qalxdı. Kommunal xidmətlərin qiymətinin də artacağı gözlənilir. Yanacağın qiymətinin qalxması digər malların və məhsulların da qiymətinin artmasına gətirəcək. Bu baxımdan bu il inflyasiyanın azı 10 faiz olacağını gözləmək olar”.
      

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam