Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kremlin “planı” iflasa uğrayır:Brüsseldə Rusiyanın regiondakı taleyi həll ediləcək

Prezident Vladimir Putin Azərbaycan və Ermənistan arasında anlaşmanın yalnız Rusiyanın maraqlarını ifadə etməsinə çalışır... Azərbaycan Prezidenti İlham Əliyev isə “Qarabağ münaqişəsi”nin artıq tarixə çevrildiyini, bu konteksdə müzakirə edilə biləcək heç bir mövzunun olmadığını Kreml sahibinin diqqətinə çatdırmaqla, onun cəhdlərini boşa çıxarır...

Yenixeber.org: Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə həlledici savaşa başlayıb. Kreml Cənubi Qafqazda cərəyan edən geopolitik prosesdə mövqelərini tədricən əldən verməkdə davam edir. Bu baxımdan, regional sülh prosesinin Rusiyanın nəzarətindən çıxmaqda olması da açıq-aşkar nəzərə çarpır. Və bu proses artıq Rusiya üçün olduqca ciddi geopolitik problemə çevrilməkdədir.

Məsələ ondadır ki, ABŞ və Qərb zaman keçdikcə, Rusiyanı rergiondan daha israrla sıxışdırır. Kreml nə qədər müqavimət göstərsə də, hazırda regional qüvvələr nisbətinin Rusiyanın xeyrinə olduğunu iddia etmək olduqca çətindir. Qərb siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi ilə bağlı danışıqlar prosesini Kremlin nəzarətindən çıxartmaq üzrədirlər. İndi Rusiyanın bu prosesdə vasitəçilik missiyası demək olar ki, formal xarakter daşıyır. Və tezliklə Rusiya ümumiyyətlə, “oyundankənar vəziyyətə” düşə bilər.

Təbii ki, Kremldə hər ötən gün daha da güclənən bu təhlükəni tamamilə ciddiyə almağa başlayıblar. Çünki, indiyə qədər Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında liderlər səviyyəsində bir neçə dəfə üçtərəfli görüş keçirilib. Həmin görüşlərdən nəticə olaraq, geriyə yalnız icra edilməyən “çərçivə bəyanatları” qalıb. Və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində irəliyə doğru hər hansı addım müşahidə edilməyib.

123.jpg (822 KB)

Ancaq Qərb siyasi dairələrinin vasitəçilik cəhdlərinin nəticələri barədə eyni fikirləri önə çıxartmaq mümkün deyil. Hər halda, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş üçtərəfli Brüssel görüşlərində tərəflərin mövqeləri arasında müəyyən yaxınlaşma müşahidə edilmişdi. Və Praqa Bəyannaməsini isə Brüssel görüşünün önəmli nəticələrindən biri hesab etmək olar.

Digər tərəfdən, Rusiyadan fərqli olaraq, Qərb siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlı olduğu açıq-aşkar nəzərə çarpır. Hətta ABŞ və Qərb tərəfindən sülh sazişinin ilkin versiyasının hazırlandığı da bildirilir. Kremlin “Vaşinqton sənədi” adı altında tənqid etdiyi, Ermənistan cəmiyyəti qarşısında əks-reaksiya doğurmağa cəhd göstərdiyi sülh sazişi variantının bu ilin sonuna qədər imzalanması da gündəmdədir. Və buna bağlı bəzi önəmli məsələlərin məhz noyabrda keçiriləcək üçtərəfli Brüssel görüşündə razılaşdırılacağı gözlənilir.

Göründüyü kimi, Qərb siyasi dairələrinin vasitəçiliyi Cənubi Qafqazda sülh prosesini hər halda, irəliyə doğru hərəkət etdirə bilib. Kremldə anlayırlar ki, bu proses artıq Rusiyanın nəzarətindən kənarda nizamlanmaq perespektivləri qazanıb. Və yekun sülh sazişinin imzalanmasından sonra Rusiya tezliklə Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qala bilər.

Ona görə də, Kreml “panik” şəkildə situasiyanı Rusiyanın xeyrinə dəyişə biləcək addımlar atmağa çalışır. İlk növbədə Rusiya ABŞ və Qərbin vasitəçilik missiyasını iflasa uğratmağa, regional sülh prosesini israrla pozmağa çalışır. Prezident Vladimir Putinin tez-tələsik Soçidə üçtərəfli görüş keçirtməsi də Rusiyanın regional maraqlarını xilas etmək cəhdidir. Məhz Brüssel görüşü ərəfəsində atılan bu addım ABŞ və Qərbin vasitəçilik missiyasına preventiv zərbə xarakteri daşıyır.

kkOLLAJ1.jpg (117 KB)

Məsələ ondadır ki, Brüssel görüşündə yekun sülh sazişi imzalanması belə, sənədin ilikn variantı və təsdiqlənmə tarixi aydınlaşa bilərdi. Kreml isə bütün vasitələrlə belə bir uğurlu nəticənin ortaya çıxmasını əngəlləməyə çalışır. Üçtərəfli Soçi görüşünün keçirilməsində Rusiyanın əsas hədəfi əsasən buna istiqamətlənib. Və görüş ərəfəsində prezident V.Putinin verdiyi açıqlamaların məzmunu da bunu təsdiqləyir.

Ancaq bu hədəfə çatmaq o qədər də asan deyil. Belə ki, Soçi görüşündə əldə oluna biləcək nəticələr yalnız Rusiyadan asılı deyil. Kremlin pozuculuq planlarının baş tutması üçün Azərbaycan və Ermənistanın da Rusiyanın “plan”ına dəstək verməsi vacubdir. Halbuki, hazırda bu, o qədər də inandırıcı görünmür. Çünki Kremlin bu məsələdə Azərbaycan və Ermənistanın deyil, məhz Rusiyanın maraqlarından çıxış etdiyi açıq-aşkar nəzərə çarpır.

Rusiyanın Brüssel anlaşmalarını pozmaq üçün ortaya atdığı yeni sənədin 15 bənddən ibarət olduğu bildirilir. İddialara görə, məhz 15-ci bənddə “Dağlıq Qarabağ məsələsi”nin və “status” mövzusunun həlli daha irəli dövrlərə buraxılması nəzərdə tutulur. Rəsmi Bakı Rusiyanın bu təkliflərinin Azərbaycan üçün qəbuledilməz olduğunu artıq siyasi-diplomatik kanallarla Kremlin diqqətinə çatdırıb. Yəni, rəsmi Bakı “Dağlıq Qarabağ” ilə hər hansı qeydin olduğu heç bir sənədi qəbul etmir.

Azərbaycan Prezidenti İlham Əliyev və Kreml sahibi V.Putin arasında Soçidə baş tutan ikitərəfli görüşdə bu mövqeyini açıq mətnlə bəyan edib. Azərbaycan Prezidenti Kreml sahibinin diqqətinə çatdırıb ki, “Qarabağ münaqişəsi” artıq tarixə çevrilib və bu konteksdə müzakirə edilə biləcək heç bir mövzu yoxdur. Və Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi Kremlin “planlar”ının baş tutma ehtimalının olmadığını göstərir.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Təbii ki, bu, tamamilə başadüşüləndir. Çünki, Kreml normal vasitəçi kimi davranmır. Prezident V.Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından daha çox, Rusiyanın maraqlarını ifadə edən sənədin təsdiqlənməsinə cəhd göstərir. Halbuki, normal vasitəçi münaqişə tərəflərinin anlaşa biləcəyi sənədin hazırlanmasına çalışmalı idi. Hər halda, Kreml unutmamalıdır ki, sülh sazişi məhz Azərbaycan və Ermənistan arasında imzalanmalıdır. Və bu sənəddə Rusiyanın maraqları ifadə oluna bilməz.

Belə vəziyyətdə Rusiyanın davranışları daha çox Ermənistanın maraqlarına cavab verir. Çünki, yekun sülh sazişinin imzalanması prosesinin əngəllənməsi və ya heç olmasa gecikdirilməsi rəsmi İrəvan üçün də sərfəlidir. Ona görə də, Kremlin təkliflərinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini elə əvvəlcədən təxmin edən Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın hazırladığı 15 bəndlik sənədi dəstəklədiyini vurğulayır. Və Azərbaycanla Rusiya arasında onsuz da mövcud olan narazılığın dərinləşməsinə cəhd edir.

Ancaq istənilən halda, üçtərəfli Soçi görüşünün Cənubi Qafqazda sülh prosesinə müsbət nəticə verə biləcəyi artıq o qədər də inandırıcı görünmür. Böyük ehtimalla regional sülh prosesinin gələcək taleyi üçtərəfli Brüssel görüşündə həll ediləcək. Və Kreml bu davranışları ilə Rusiyanın “oyundankənar” vəziyyətə düşməsini sürətləndirir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam