Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İranı kim və niyə bölür? -Xamneyi tərəfini göstərir

“Aydın görünür ki, Qərblə yaxınlaşma İranı iki yerə bölür. İraqdakı (Ərbil) ABŞ konsulluğuna Xamneyiyə yaxın SEPAH qüvvələrinin hücum təşkil etməsi daha böyük ehtimaldır. Rusiyanın belə bir provokasiyanı arzulaması təbiidir. Ancaq bunu ETTELAAT-la deyil, İnqilab Keşikçiləri ilə daha rahat planlaya bilər. Çünki İranın Qərblə yaxınlaşması indiki zamanda Rusiya ilə bərabər, məhz ikinci qrupun marağında da deyil. ABŞ-ın  bu hücuma ciddi diqqət ayırmayacağı təqdirdə bizim dediklərimiz təsdiqini tapmış olacaq. Əks halda məsələyə yenidən qayıtmalı olacağıq”. 

Yenixeber.org: 13 mart tarixində sosial şəbəkədə bu paylaşım yerləşdiriləndən təxminən bir saat sonra SEPAH yuxarıda sözügedən hücumun məsuliyyətini öz üzərinə götürdü. Biz də yenidən bu mövzuya toxunmağı qərara aldıq, amma bu dəfə bir qədər geniş… 

                               İranı necə tanımalı? 

Ərbildəki ABŞ konsulluğuna raket zərbələri endirmək planı təkbaşına İranın planı ola bilməz. Bu cür düşünmək üçün bizim əlimizdə kifayət qədər ciddi arqumentlər var. İlk növbədə, indiki şəraitdə ya Çinə, ya da Rusiyaya arxalanmaq lazım gəlir. Çin hazırda Qərbin hədəfi deyil və İrandan çəkiləcək yeni enerji xəttini özü üçün mühüm nəfəslik hesab edir. Həm də ona görə ki, İranın sanksiyalar altından çıxması onun vəziyyətini daha da yaxşılaşdıracaq. Rusiya isə bu məsələdə nəinki maraqsızdır, hətta onun demək olar ki, bölgə siyasəti alt-üst olur. Üstəlik, İran üzərindəki nəzarəti Qərb və Çin arasında bölüşdürülür. Belə olan halda, İranla Qərbin münasibətləri yumşalır. Bu ilıqlaşma təkcə münasibətlərin buzunu əritməyəcək təbii ki, həm də İranda anti-qərb ritorikasının zəifləməsilə yeni dövr başlayacaq. Bunu isə özünə birbaşa təhlükə hesab edən İranın dini rəhbərliyidir. Uzun zamandır teokratik rejimi anti-qərb siyasəti üzərində quran və bərkidən dini rəhbərlik anlayır ki, daxildə buzların əriməsi və rejimin yumşalması dini hakimiyyəti nəinki zəifləmək, hətta yox olmaq təhlükəsi qarşısında qoyur. Ona görə də məhz Ərbildəki Konsulluğu hədəfə almaqla, ABŞ-a “bölgə siyasətinə imkan verməyəcəm” deyir. Amma bir məsələni unudurlar ki, onları həmişə ayaqda tutan ən mühüm faktor olan Çin indi fərqli tərəfdə yer tutub. Bu isə dini rejim üçün yaxşı gələcək vəd etmir. 

SEPAH-ın bu hücumu üstlənməsinin bir sıra taktiki səbəbləri var.
İlk növbədə, Xamneyi mesaj vermək istəyir ki, ABŞ-a münasibətdə radikal tərəf o özüdür. Bununla da bu günə qədər demokratiyaya qənim kəsilmiş hər kəsi ətrafına toplamaq istəyir. Çünki İran hakimiyyətinin digər qanadı Qərblə qaz alveri üzrə danışıqlara gedirsə, deməli, daxili münasibətlər elə də yaxşı deyil.  

                            Başqa, amma zəif ehtimal 

Belə bir versiyanın da yaşamaq haqqı var: Məsələn, SEPAH komandanlığı, Qasim Süleymani olayı da daxil olmaqla, Qərbdən, xüsusilə ABŞ-dan aldığı zərbələrə görə öz rəhbərlərinin qərarlarını beləcə pozmaq istəyə bilərlər. Bu  ehtimalın həqiqət olub-olmadığını gələcəkdə bu prosesin bir daxili qarşıdurma ilə, yoxsa bir qrup asinin cəzalandırılması ilə yekunlaşacağına bağlıdır. Yəni Xamneyi ilə siyasi qanad toqquşacaqsa, deməli, bu hücum Xamneyinin iradəsi ilə baş verib. Yox, bir-iki hərbçi bu hücuma görə cəzalanacaqsa, onda aydın olacaq ki, sözügedən hücum elə də ciddi bir plan deyilmiş. 

Bütün hallarda, birinci versiyanın qalib olmaq şansı daha çox görünür. \

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam