Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Körfəz ölkələrindən neft tədarükü -İranın raket zərbələrindən sonra bahalaşıb

Fars körfəzindən tankerlərə neftin digər ölkələrə daşınması xidməti göstərən bir çox şirkət İranın İraqdakı bazalara raket hücumundan sonra qiymətləri artırıb.

Yenixeber.org: Bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Bildirilib ki, qeyd olunan bölgədən Çinə tankerlərdə neftin daşınmasının dəyəri bəzi hallarda 14% artıb. Agentlik əməkdaşlarının fikirlərini öyrəndikləri mütəxəssislər qeyd ediblər ki, bunun səbəblərindən biri sığorta şirkətlərinin artan gərginlik fonunda bu marşrut üzrə hərəkət edən tankerlərin qiymətləndirməsini artırmalarıdır.

Materialda göstərilib ki, bu dəniz yolu üzrə daşınma xərclərinin artması ABŞ və İran arasındakı münaqişənin kəskinləşməsinin qlobal neft təchizatı zəncirinə təsir etdiyini göstərir.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanının ərazisinə endirdiyi raket zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin elit bölməsi olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qanadının komandiri Qasım Süleymani öldürülüb. Tehran Vaşinqtonun bu addımına sərt reaksiya verəcəyini vəd edib. Yanvarın 8-nə keçən gecə “Sepah” ABŞ-ın İraqdakı iki bazasına raket zərbələri endirib. “Reuters”in məlumatına görə, hücum nəticəsində 80 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam