Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran Səudiyyə Ərəbistanını və BƏƏ-ni həm təhdid etdi, həm dialoqa çağırdı

 

İranın Əhvaz şəhərində gerçəkləşdirilən terror aktlarını Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) maliyyələşdirib.

Yenixeber.org: Bu iddianı İranın dini lideri ayətullah Əli Xamneyi irəli sürüb.

Öz rəsmi veb səhifəsində bu barədə yazan dini liderin fikrincə, hadisəni törədən terrorçular İraq və Suriyada çətin vəziyyətə düşəndə ABŞ-a sığınan radikal dinçilərdir və məsul tərəflər ciddi cəzalandırılacaqlar.

Xamneyiyə bağlı İran İnqilab Mühafizəçiləri təşkilatı isə terror aktından ABŞ və İsraili də məsuliyyətli tutub. İnqilab qvardiyasının general-mayoru Hüseyn Səlami bu ölkələrə “dağıdıcı cavab zərbələri vuracaqlarını” bildirib:

"Daha əvvəl necə intiqam aldığımızı gördünüz. Cavabımızın dağıdıcı olacağını görəcəksiniz və etdiyinizə peşman olacaqsınız".

Yarırəsmi “Tasnim” informasiya agentliyinə açıqlama verən Səlami  "hücumun ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin İranın regiondakı nüfuzuna qarşı yaratdıqları birliyin qaranlıq tərəfini ortaya çıxardığı" qənaətindədir.

 Səlaminin bu xatırlatmasında konkret hansı faktı nəzərdə tutduğu bəlli olmasa da, bir müddət əvvəl Bəsrədə İran konsulluğuna hücumun ardından bu ölkə, Şimali İraqa raket atışlarıyla gündəmə gəlmişdi. Həmin bombardımanda PKK-nın İran qanadının mənzil qərargahı nişangaha alınmış və toplantı halında olan kürd separatçıları vurulmuşdular. Hadisə zamanı xeyli silahlı öldüülmüş, təşkilatın sabiq və indiki rəhbərləri yaralanmışdı. Görünür, İran rəsmisi qarşı tərəfi məhz bu cavab atəşində dərs çıxarmağa çağırmışdı.

 İran Milli Təhlükəsizlik Şurasının Baş Katibi Əli Şemhani isə daha yumşaq üslubdan istifadə edərək region dövlətlərini terrorizmə qarşı birgə mübarizəyə və əməkdaşlığa çağırıb:

"Bölgədəki ölkələr arasında şübhə və münaqişə qurmaq istəyən düşmənlərimizin intriqalarını aradan qaldırmaq üçün ayıq olmaq və konstruktiv dialoqları artırmaq vacibdir".

Qeyd edək ki, İranın cənub-qərbindəki Əhvaz şəhərində bir hərbi parada təşkil olunan hücumda 12-sı İnqilab Qvardiyasından olmaqla ən az 25 adam həyatını itirmişdi. Hücumun məsuliyyətini separatçı Əhvaz Milli Müqaviməti və İŞİD üzərinə götürmüşdü. İranın Fars xəbər agentliyi beş təcavüzkarın hadisə yerində öldürüldüyünü bildirmişdi.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam