Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...-General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR

Ukraynanın Sumı vilayətinin Romenşina qəsəbəsi yaxınlığında bu gün martın 11-də Rusiya ordusunun bir bölük əsgəri yerli özünümüdafiə dəstələrinin və polisin qüvvələri tərəfindən əsir alınıb.

Yenixeber.org: Həmin bölük Rusiya sərhədinə tərəf geri qayıdarkən yerli sakinlər tərəfindən aşkar edilib.

Ukrayna Milli Polisi əsir alınanların fotosunu da dərc edib. Bildirilir ki, rusiyalı hərbçiləri çöllük ərazidə görüblər. 29 nəfərdən ibarət qrup çöllük ərazilərdən keçərək əllərindəki xəritənin köməyi ilə Rusiya sərhədinə tərəf getməyə çalışırdılar. Lakin bu “yürüş-həmləni” həyata keçirmək onlara nəsib olmayıb. Üst-başları palçıq içində olan, günlərdir ac olduqları bildirilən rus əsgərləri tam tərkibdə əsir alınıb.

Digər məlumata görə, Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qoşunlarının ən azından bir qismini tezliklə Belarusa geri qaytarmağa hazırlaşırlar. Bu haqda rusiyalı hərbçilərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığından məlum olub.

“Yaxşı xəbərlər dolaşır ki, tezliklə bizi Belarusa qaytaracaqlar. Orada texnika ilə, adamlarla yenidən komplektləşdirməni gözləyəcəyik...Ümid edirəm ki, bizi artıq evə göndərəcəklər. Bizdə adam sadəcə olaraq az qalıb. Çox adam həlak olub, yaralıların sayı da çoxdur”, - həmin rusiyalı hərbçi bildirir. O əlavə edir ki, heç texnikaları da qalmayıb, sıradan çıxarılıb. Üstəlik ərzaqları da tükənib.

Ukrayna Müdafiə Nazirliyi aparılan döyüşlərdə Rusiya ordusunun sutkalıq itkilərinin sayını da açıqlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, sutka ərzində gedən döyüşlərdə 266 (ümumi 12 mindən artıq) Rusiya hərbçisi öldürülüb.

Bundan əlavə döyüşlər zamanı sutka ərzində Rusiya ordusunun 18 tankı, 60 zirehli döyüş maşını, iki artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi, iki HHM sistemi, 32 avtomobil texnikası məhv edilib.

Ümumi olaraq Rusiya tərəfinin itkiləri bu cür olub:

57 döyüş təyyarəsi, 83 helikopter, 353 tank, 1165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 31 HHM sistemi, 58 reaktiv yaylım atəşi sistemi, 60 sistern, 7 kəşfiyyat PUA-sı, 3 kater, 558 avtomobil texnikası məhv edilib.


Rusiya ordusunun general-mayoru Andrey Kolesnikov da Ukraynada davam edən döyüşlərdə məhv edilib.

Bununla bağlı Ukrayna mətbuatı ölkənin Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, general Kolesnikov Rusiya Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı olub. Hələlik generalın hansı istiqamətdə və hansı şəraitdə məhv edilməsinə dair məlumat verilmir. Bu barədə bir qədər sonra ətraflı məlumat yayılacağı gözlənilir.

Qeyd edək ki, bunadək Ukraynada Rusiya ordusunun 2 generalı öldürülmüşdü.

 

 

Bu arada Ukraynaya təcavüz etmiş Rusiya ordusunun halını göstərən daha bir video sosial şəbəkələrdə yayılıb.

Bu kadrlara əsasən iki tank qülləsinə qədər palçığa batıb və hərəkətsiz qalıb, heyət üzvləri tankların üstündə vurnuxur və onları çıxarmaq üçün ümidsiz cəhdlər edir...

 

 

Ukraynanın Mariupol şəhərində isə Rusiya silahlı qüvvələrinin şiddətli artilleriya hücumu nəticəsində Sultan Süleyman və Roksalananın adını daşıyan məscid dağıdılıb.

Məlumata görə, həmin ərazidə yerli sakinlər və azərbaycanlılarla yanaşı 85 Türkiyə vətəndaşı da mühasirəyə düşüb. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova da hazırda həmin şəhərdə mühasirədədir.

Qeyd edək ki, Mariupolda 15 oktyabr 2007-ci ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Sultan Süleyman və Roksolananın şərəfinə Mariupol məscidi və eyni adlı İslam Mədəniyyət Mərkəzinin açılışı olmuşdu. Məscid Mariupolun mərkəzi bazarının direktoru Salix Cihanın və şəhərin Azərbaycan icmasının digər üzvlərinin maliyyəsi ilə inşa olunmuşdu.

 

 

Martın 11-də Xarkov vilayətinin İzyum şəhərində də şiddətli döyüşlər gedib. UNİAN xəbər verir ki, bu barədə şəhər Meri Maksim Strelnikov məlumat verib. Onun sözlərinə görə, Ukrayna ordusu şəhəri müdafiə edir.

Həmçinin yaxınlıqdakı kəndlər də Rusiya ordusu tərəfindən atəşə tutulur.

 

 

“Təəssüf ki, bu gün nə biz, nə Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımı, nə də evakuasiya avtobusları İzyumdakı yaşıl dəhlizdən keçə bilmədik”, - deyə mer vurğulayıb.

Ukraynanın Xarkov vilayətində Rusiya hərbi qüvvələrinin aviazərbələri nəticəsində bir deputat da  həlak olub.

 


 

Marina Osipenko Balakleya şəhər şurasının deputatı idi. Onun meyiti Milova kəndindəki evin dağıntıları altında tapılıb.

***

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib. UNİAN xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ komandanlığı feysbuk səhifəsində yayıb.

Məlumata görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi- siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehl döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.

Rusiya ordusu isə ələ keçirə bilmədiyi Mariupol şəhərini dağıtmağa çalışır. Bu barədə dialoq.ua xəbər yayıb.

Qeyd olunur ki, dinc şəhər müntəzəm olaraq artilleriya və aviasiya atəşinə məruz qalır. Hərbi komissar Andrey Tsaplienko Telegram-da Rusiya Silahlı Qüvvələrinin “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə Mariupola zərbə endirdiyini əks etdirən videonu dərc edib.

Hazırda Mariupol ağır günlər yaşayır. Rusiya qoşunları şəhəri tam mühasirəyə alıb və onu tamamilə dağıtmağa çalışır. Şəhərdə su, qaz, işıq yoxdur. Ruslar dinc əhalini şəhərdən buraxmır və ora humanitar yardımın gətirilməsinə də imkan vermir. 

İvano-Frankovsk səhəri də partlayışlarla açıb. Rusiya ordusu Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri şəhərə ikinci dəfə hücum edib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, İvano-Frankovsk vilayəti Ukraynanın qərbində, Rumıniya ilə sərhəddə yerləşir.

Ukraynanın Belarusla sərhəddə yerləşən Volın vilayətinin Lutsk şəhərində də aerodromun vurulmasını əks etdirən görüntülər paylaşılıb.

İlkin məlumata görə, hərbi aerodrom Rusiya ordusu tərəfindən uzaqmənzilli raket zərbəsi ilə vurulub.

Görüntülər aerodromun yaxınlığında yerləşən yaşayış binasının sakinləri tərəfindən çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

***

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam