Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“İsgəndər”in buynuzu var, buynuzu!-ŞƏRH

                           Buynuz Şuşada aşkarlandı, görün gövdəsi haralarda dolaşır

 

Yenixeber.org: Artıq 10 günə yaxındır ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinə qadağan olunmuş “İsgəndər M” tipli taktiki-raketin atılması ilə bağlı müəmma davam etməkdədir. Belə ki, martın 30-da “Caliber.az” portalı müharibə dövründə Ermənistanın Şuşa şəhərinə “İskəndər” raketi atdığını yazdı. Bunun ardınca isə bildirildi ki, raket Ermənistan Ordusunun ixtiyarında olan “İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İsgəndər M” modifikasiyasına aiddir.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov mətbuata açıqlamasında faktı təsdiqlədi. “Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu”.

 

Operativ Qərargah rəisi vurğuladı ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb: "Bu zaman məlum olub ki, bu, "İsgəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İsgəndər-M" raketidir”.

 

Məsələ ilə bağlı Kremldən əsaslı cavab verilməyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “İsgəndər” raketinin Şuşaya atılması ilə bağlı iki dəfə açıqlama verib və hər iki açıqlamasında bu barədə məlumatsız olduğunu bildirib. Rəsmi Moskvanın "İsgəndər-M" raketinin qalıqlarının aşkarlanmasından xeyli müddət keçməsinə baxmayaraq, qadağan olunmuş bu silahın Ermənistana kim tərəfindən və nə vaxt verildiyinə, “İsgəndər M”-in kim tərəfindən atılmasına dair susqunluğu sualları və müəmmaları da artırır.

 

Müəammaya aydınlıq gətirməyə çalışmışıq:

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı  edib (FOTO)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, sözügedən məsələ araşdırma tələb edir: “Azərbaycan ərazisinə “İsgəndər” raketinin atılması barədə hərənin öz versiyası var. Amma hesab edirəm ki, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Raketin qalıqlarının nömrəsinə uyğun olaraq, onların hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyənləşdirmək mümkündür. Məncə, bu, elə də çətin bir şey deyil. Düşünürəm ki, araşdırma üçün müvafiq komissiya təşkil olunmalı və bu komissiya məsələyə birmənalı şəkildə qiymət verməlidir”.

 

“Xatırlayırsınızsa, Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə dövründə “İskəndər”-dən istifadə etdiklərini, amma raketin partlamadığını bildirmişdi. Düzdür, Rusiyanın təzyiqlərindən sonra Paşinyan dediyi sözləri geri götürdü, bəyanatın yanlış anlaşıldığını bildirdi və s. Əslində isə bu bəyanat özü-özlüyündə müəyyən qənaət formalaşdırır ki, raket haradan atılıb”, - deyə deputat bildirib.

 

Nağıyev təkrar edib ki, əgər komissiya yaradılsa, “İsgəndər” raketinə malik dövlətlərlə bağlı araşdırmalar aparmalıdır: “Müdafiə Nazirliyinin sorğusu əsasında, həm ANAMA, həm Müdafiə Sənayesi Nazirliyi və digər hərbi qurumlar komissiyada təmsil olunmalıdırlar”.

Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı

Hərbi ekspert Ədalət Verdiyev şərhində Rusiyanın uzun illərdir Ermənistana silah ixrac etməsinin təəccüblü və sirr olmadığını deyib: “Amma bu dəfə söhbət "İsgəndər-M" raketindən gedir. Hansı ki, bu raketlər 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilə ilə nəinki ixrac edilə bilməz, əslində, hamısı məhv ediməli idi. Digər konvensiyalar isə 300 kilometrdən uzaq mənzilli raketlərin ixracını qadağan edir. Görünür, Rusiya ilə Ermənistan arasında hansısa qaranlıq bir əməkdaşlıq var. Qaldı ki, Şuşaya atılmış “İsgəndər M” raketinə, bunun haradan atılmasını müəyyən etmək elə də çətin deyil”.

 

Onun sözlərinə görə, nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının, alayının və ya divizionunun silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir: “Əgər raketlərin daşınması izlərini tapmaqda çətinlik çəkirlərsə, o zaman 2020-ci ilin iyulun 14-dən sonra Rusiyadan İrəvana intensiv uçan yük təyyarələrinə diqqət yetirsinlər. İndi Rusiya tərəfi susur. Amma Rusiya Müdafiə Nazirliyinin baş verənləri fərqli istiqamətə yönləndirmək üçün bəhanə fikirləşməsinə bir həftə yetərli olmalı idi. Azərbaycan üçün bu təyyarələrdə daşınan silah və sursatın tam assortimenti maraq doğurur. Təəssüf ki, Rusiya keçən 9 ay ərzində bu təchizatın tərkibi barədə rəsmi mövqe ortaya qoymayıb”.

 

“Bu raketin 50 kilometrdən yaxın hədəfə zərbə endirə bilməməsi isə raketin Ermənistan ərazisindən atılmasının göstəricisidir. Deməli, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv bir dövlət Azərbaycana qarşı açıq-aşkar təcavüz edib, qadağan olunmuş silahdan istifadə edib. Bu isə Kremlin açıqlama verməli olduğu digər bir məsələdir”, - deyə hərbi ekspert vurğulayıb.

 

Ə.Verdiyev sual edir: “Bütün okeanlarda ballistik və qanadlı raket buraxılışlarını minlərlə kilometrdən izləyən Rusiya radiolokasiya sistemləri "burnunun ucundan" buraxılan "İsgəndər-M" raketini görməyib? Əlbəttə, bu, inandırıcı deyil”.

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da diqqətə çatdırıb ki, strateji silahların yayılmasına dair beynəlxalq sazişə əsasən, Rusiya “İsgəndər M” raketini heç bir halda Ermənistana və digər bir ölkəyə ixrac edə bilməz: “Rusiyanın rəsmi məlumatlarında da bildirilir ki, Ermənistanın Rusiyadan aldığı raket “İsgəndər E” raketidir. Amma “İsgəndər M” raketinin Şuşada qalıqlarının tapılması onu göstərir ki, bu raketlər ora atılıb. Şuşaya “İsgəndər M”-in kim tərəfindən atılması o qədər də önəmli deyil. Bütün hallarda qaydaları pozan Rusiyadır. Ya Rusiya həqiqətən də beynəlxalq sazişi pozaraq Ermənistana orta mənzilli raket satıb, ya da ki, özü tərəf olaraq müharibədə iştirak edib. Məsələyə hansı aspektdən yanaşsaq da, nəticədə bütün suallar Rusiyanın üzərinə gəlir. Düşünürəm ki, “İsgəndər M” raketi qalmaqalına görə cavab verməli olan ölkə Rusiyadır”.

 

Öz növbəsində Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədlinin sözlərinə görə, Rusiyada bəzi dairələr Cənubi Qafqazda balansın qorunmasını Ermənistanın silahlanmasında görürlər: “Bunun acı nəticələrini Vətən müharibəsində gördük. Ermənistan bütün beynəlxalq qanunlara və Haaqa Konvensiyasının protokollarına zidd olaraq, taktiki raket komplekslərindən yaşayış məntəqələrimizə, mülki şəxslərə qarşı istifadə etdi. Onlar 2000-ci ilin əvvəllərindən başlayaraq, Ermənistana Rusiyanın hərbi qurumları tərəfindən verilən məhz həmin qadağan olunmuş silahlar idi. Həmin silahların əksəriyyəti Ermənistana pulsuz, sadəcə, müəyyən razılaşmalar əsasında verilib. “İsgəndər” raket kompleksi də bu silahlardan biridir”.

 

“Bilirik ki, Ermənistanın iqtisadi vəziyyəti, maliyyə ehtiyatları bu raket kompleksinin alınmasına imkan vermir. Ermənsitan hələ 2017-ci ildə “İsgəndər-E” raketinin alınması ilə bağlı açıqlama yaymışdı. Müharibə dövründə də belə bəyanatlar verilirdi ki, Ermənistanda yalnız “İsgəndər-E” raket kompleksi mövcuddur. Amma müharibədən sonra Şuşada “İsgəndər-M” raketinin qalıqları aşkarlandı. Hesab edirəm ki, buna görə Ermənistan, xüsusilə təcavüzkar ölkəyə dağıdıcı silahlar verən Rusiyadakı dairələr məsuliyyət daşıyır”, - analitik vurğulayıb.

 

Məmmədli əlavə edib ki, rəsmi Moskvanın məsələyə münasibət bildirməməsi, bununla bağlı məlumatların yalnız mediada yayılması Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır: “Rusiyanın aidiyyəti qurumları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyinin bu məsələyə qənaətbəxş münasibət bildirməsi və müvafiq araşdırmalar aparılması zəruridir”.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam