Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Mahirə Marandskaya fahişəliyə cəlb etmə ittihamı ilə azadlıqdan məhrum edildi

Abşeron Rayon Məhkəməsində məşhur “TikTok”er Mahirə Marandskayanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Məhkəmənin hökmünə əsasən, 2001-ci il təvəllüdlü Mahirə Marandskaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Lakin məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, cəzanın icrasını uşağın 14 yaşına çatmasına qədər təxirə salıb.
İstintaq materiallarına əsasən, cinayət işi üzrə 10-dan artıq zərərçəkmiş şəxs müəyyən edilib. Onların sırasında universitet tələbələrinin də olduğu bildirilir. Araşdırmalar zamanı məlum olub ki, Mahirə Marandskaya son 1 il ərzində eyni əməli təkrar edib, zərərçəkmiş qadınları və qızları hədə-qorxu gəlməklə, 200-500 manat müqabilində müxtəlif şəxslərlə intim münasibətə vadar edib.
Cəzanın təxirə salınması nədir?
Vəkillər Kollegiyasının üzvü, 30 saylı Vəkil Bürosunun sədri, tanınmış vəkil Ramil Vəliyev bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Cəzaların icrası Məcəlləsində bu institut nəzərdə tutulub. 
        Ramil Vəliyev 
Əgər şəxs azadlıqdan məhrumetmə və ya başqa cəza ilə məhkum olunubsa, lakin onun himayəsində yetkinlik yaşına çatmayan uşaq varsa və cəzanın dərhal icrası həmin uşağın maraqlarına ağır zərər vuracaqsa, məhkəmə hökmün icrasını uşaq 14 yaşına çata qədər təxirə sala bilər. 
Uşaq 14 yaşına çatdıqda, məhkəmə hökmün icrası məsələsinə yenidən baxır və məhkumun davranışını, şəraitini, uşağın mənafeyini nəzərə alaraq qərar qəbul edir.
Təxirə salınma müddətində məhkum şəxsin davranışına məhkəmənin müəyyən etdiyi qaydada nəzarət olunur. Əgər məhkum şəxs bu dövrdə ictimai qaydalara riayət etməzsə, yaxud cinayət törədərsə, məhkəmə hökmün dərhal icrasına qərar verə bilər.
Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin topladığı materiallar əsasında məhkəməyə təqdim olunmuşdu.(Azerbaycanreallığı)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam