Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistana "İsgəndər M"i kim verib?-Amerikalı ekspertdən AÇIQLAMA

 

 

Yenixeber.org: Şuşa şəhərində qalıqları aşkarlanmış "İsgəndər"lərlə bağlı məsələ müəmmalı hal almağa başlayır. Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı "9-M-723" raketin olduğu müəyyən olunub. Hansı ki, onun kod adı "İskəndər" olduğu müəyyən olunub.

Qalıqlardakı yazılar göstərir ki, bu raket "İsgəndər" Operativ-Taktiki Raket Kompleksinin (OTRK) ixrac variantı olan "E" yox, "M"dir. Yəni Rusiya tərəfinin dediyinə istinad etsək, bu, Ermənistana və ya hər hansı başqa ölkəyə satılmış variant deyil. Bu 9-M-723 sadəcə Rusiya Silahlı Qüvvələrində olan "İsgəndər" raketi variantıdır.

Bəs Ermənistan bu "İsgəndər M"ləri haradan əldə etdi?

Məsələ ilə bağlı amerikalı hərbi ekspert Ben Minik Milli.Az-a danışıb:

"Bu silahın istifadəsinin təsdiqlənməsi məni təəccübləndirmir. Rusiya bunu birbaşa Ermənistana verməmiş ola bilər və bu da hər iki tərəfin bu vəziyyətdə həqiqəti söyləməsinə imkan verərdi. Ancaq bu, Ermənistanın başqa bir mənbədən əldə edib istifadə etmədiyi anlamına gəlmir. Ruslar bu silahı çox sayda insana satmış ola bilərlər".

Xatırladaq ki, "İsgəndər" raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində "İsgəndər-M" raketi buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam