Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pirallahıda icra başçısı Vasif İmanovun sürücüsu Zaurun gizlin əməlləri…. -DE-FAKTO

media-vasif
Pirallahı rayonunda DOST işçisinin MİS-ə köçürülməsinə kimlər nəzarət edir?..
Yenixeber.org: Son illər ölkəmizdə fəaliyyət Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) bağlanacağı ilə bağlı məlumatlar dolaşır.
Məlumata görə Pirallahı rayonunda DOST xətti ilə Mənzil-Kommunal Təsərrüfat Birliyi idarəsinə göndərilən işçilər də bu məlumatlardan narahat olublar. Buna görədə bir çox işçilər müxtəlif vasitələrlə rayon Mənzil-Kommunal Təsərrüfat Birliyininə işə keçməyə çalışırlar. Saytımıza verilən məlumatda 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsi rəhbərliyi tez-tez DOST işçilərinə yaxın aylarda işlərinin bağlanacağını bildirir. Qeyd edək ki, hazırda 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsini Əli İbrahimov tutur.
Bildirilir ki, hazırda DOST-dan MİS-ə keçməyin xərci 5-6 min manat arasında dəyişir. Bu işlərdə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi rəhbərliyinin, MİS rəisinin və rayon icra başçısı Vasif İmanovun Zaur adlı sürücüsünün adı hallanır. Mənbə qeyd edir ki, 159 və 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi DOST işçiləri arasında işlərinin bağlanacağı təbliğatını apartdırmaqla daha çox pul qazanmaq  məqsədini güdür.(azfakt.com)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam