Redaktor seçimi
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

III MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək

 

III MDB Oyunları çərçivəsində bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

Yenixeber.org-un məlumatına görə, Qəbələ şəhər stadionunda 3-4 və 5-6-cı yerlər uğrunda oyunlar təşkil olunacaq.

Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.

Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.

Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri olacaq.

Şəki Olimpiya İdman Kompleksində azarkeşlər qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsini izləyəcək.

Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.

Eyni məkanda azarkeşlər növbəti voleybol görüşlərinə şahidlik edəcək. A qrupunda Qırğızıstan və Rusiya üz-üzə gələcək. Azərbaycan yığması isə Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.

Gəncədə həmçinin 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində güləşçilərin də mübarizəsi davam edəcək.

Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilərin yarışları baş tutacaq.

Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları baş tutacaq.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam