Redaktor seçimi
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Günün xəbəri

Dünya xəritəsində daha bir türk dövləti yaranacaqmı? -Ərdoğan “federasiya olmayacaq, ŞKTC tanınmalıdır” deyir

news content

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxış edərək dünya ictimaiyyətini Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa çağırıb.

Yenixeber.org: O bildirib ki, Kipr adasında faktiki olaraq iki ayrı dövlət və iki xalq mövcuddur. Ərdoğanın sözlərinə görə, kiprli türklər öz torpaqlarının bərabərhüquqlu sahibləridir və heç vaxt milli azlıq rolunu qəbul etməyəcəklər.

Əvvəllər Kipr probleminin həlli üçün dəfələrlə cəhdlər edilib, lakin yunan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından bu məsələni əhəmiyyətini itirmiş federasiya yaratmaq yolu ilə həll etmək mümkün deyil. Beynəlxalq ictimaiyyət kiprli türklərin yarım əsrlik təcridinə son qoymalıdır. Mən beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa, diplomatik münasibətlər qurmağa dəvət edirəm”, – prezident bildirib.

Qeyd edək ki, Azərbaycan ŞKTC-nin müstəqilliyini rəsmi şəkildə tanımır. Bununla belə, 2023-cü ildən etibarən ölkələr arasında siyasi, mədəni və iqtisadi əlaqələrin səviyyəsi kəskin yüksəlib. Azərbaycan ŞKTC-ni beynəlxalq platformalarda açıq şəkildə dəstəkləyir və bunu Türkiyə ilə müttəfiqliyin təzahürü kimi təqdim edir. Belə ki, 2023-cü ilin oktyabrında ŞKTC prezidenti Ersin Tatar ilk dəfə rəsmi səfərlə Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. 2024-cü ilin aprelində isə Milli Məclis ilə ŞKTC Assambleyası arasında parlamentlərarası işçi qrup yaradılıb.

Azərbaycan ŞKTC vətəndaşlarının pasportlarını tanıyır, Bakı ilə Lefkoşa arasında birbaşa aviareys mövcuddur. Paytaxt Bakıda ŞKTC-nin konsulluq funksiyalarını yerinə yetirən qeyri-rəsmi nümayəndəliyi də fəaliyyət göstərir.

ŞKTC Bakının dəstəyi ilə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu alıb. 2024-cü ilin iyulunda ŞKTC lideri TDT-nin Şuşada keçirilən sammitinə dəvət olunub və burada ilk dəfə Şimali Kiprin bayrağı türk dünyasının beynəlxalq tədbirində rəsmi şəkildə dalğalanıb.

Bəs Şimali Kiprin tanınması ümumiyyətlə mümkündürmü? Bu məsələ beynəlxalq hüquq normaları baxımından reallaşa bilərmi? Yoxsa bu respublika Türkiyəni çıxmaq şərtilə heç bir dövlət tərəfindən tanınmamağa məhkumdur?

Tanınmış ekspertlər bununla bağlı fikirlərini pressklub.az-la bölüşüblər.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda bildirib ki, prinsip etibarilə cənab Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyi kifayət qədər proqnozlaşdırılandır. Çünki doğrudan da, Türkiyə bu kvazi-dövlət qurumunu tanıyan yeganə dövlətdir.

Mən bu bəyanatı Türkiyənin geniş xarici siyasət meydanında oynaya biləcəyini nümayiş etdirmək istiqamətindəki addımlardan biri adlandırardım. Ukrayna və Rusiya arasındakı danışıqlar dalana dirənib və Ərdoğan belə bir şəraitdə diqqətin onun üzərində qalmasını təmin etməlidir. Üstəlik, Azərbaycanla Ermənistan arasında artıq müəyyən sülh razılaşması mövcuddur və bu proses Trampın patronajı altındadır. Məncə, Türkiyə Prezidenti bu məsələdə də öz təsirini göstərməlidir.

Yəqin xatırlatmağa dəyər ki, Kiprdəki münaqişə bir tərəfdən soyuq müharibə dövrünün, digər tərəfdən isə NATO-nun iki ölkəsi arasındakı qarşıdurmanın nəticəsi idi. Buna görə də Ərdoğanın bu bəyanatı gələcəkdə inkişaf tapmayacaq. Mən buna demək olar ki, əminəm”, – Maqda bildirib.

Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl isə qeyd edib ki, bu gün Şimali Kiprin tanınması az ehtimal olunan kimi görünür, lakin beynəlxalq münasibətlər tarixi uzun müddət tanınmayan qurumların zamanla qismən və ya hətta geniş şəkildə tanınma yolunu tapdıqları nümunələri tanıyır, buna görə də Şimali Kiprin nəzəri şansı mövcuddur.

Əlavə müsbət məqam odur ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr getdikcə Şimali Kiprə daha fəal diqqət göstərir, onun türk dünyası çərçivəsində statusunun mərhələli legitimləşdirilməsi üçün meydança verirlər. 

Formal olaraq beynəlxalq hüquq ŞKTC-nin tanınması imkanlarını məhdudlaşdırır. Lakin siyasi kompromislər və yeni sazişlər halında elastikliyi də tanıyır. Buna görə də, siyasi balansın köklü dəyişməsi və ya münaqişənin həlli zamanı qaydalar başqa cür şərh edilə bilər. Burada TDT-nin dəstəyi mühüm amilə çevrilir: Şimali Kiprin onun tədbirlərində iştirakı regional səviyyədə faktiki tanınma presedenti yaradır və bu, daha geniş legitimləşməyə aparan ilk addım ola bilər”, – professor hesab edir.

Onun sözlərinə görə, rəsmi tanınma olmadan belə, Şimali Kipr artıq indidən təhsil, turizm və ticarət vasitəsilə beynəlxalq əlaqələrini genişləndirir, gələcəkdə isə “faktiki inteqrasiya” yolu ilə mövqelərini möhkəmləndirə bilər. Bu da tanınmanın aralıq forması ola bilər. “Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan ilk olaraq ŞKTC nümayəndə heyətlərini qəbul etməklə, onların tədbirlərdə iştirakına imkan yaratmaqla və qapısını rəsmi təmaslara açmaqla münasibətlərin normallaşdırılması təcrübəsini formalaşdırır. Bu isə gələcək əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır”, – Toğrul İsmayıl yekunlaşdırıb.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam