Daha təhlükəli və dağıdıcı: Şuşaya atılan “İsgəndər - M” nədir? -DETALLAR
Martın 15-də Şuşada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin qalıqları aşkarlanıb.
Yenixeber.org: Tədqiqat zamanı raketin üzərində yazılan 9M723 indeks kodu yoxlanılıb. Məlum olub ki, Şuşaya atılan "İskəndər-M" raketidir.
"Bu zaman məlum olub ki, bu, "İskəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir", - ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov mətbuata açıqlamasında deyib.
Son günlərin əsas müzakirə mövzusuna çevrilən "İskəndər M" raketlərinin Şuşaya necə və kimlər tərəfindən atılması müəmma olaraq qalır. İrəvan rəhbərliyi hələ də bununla bağlı mövqeyini ortaya qoymayıb. Yalnız müxtəlif zabitlər və keçmiş hərbçilər tərəfindən verilən açıqlamalarda "İskəndər" raketlərindən istifadə olunduğu təsdiqlənib, lakin detallar barədə ictimaiyyətə hər hansı məlumat verilməyib.
Müharibədən sonra Rusiya istehsalı olan raket ətrafında qalmaqallı vəziyyət yaranıb. Həm də maraqlıdır ki, döyüşlər zamanı kütləvi qırğın törətmək üçün istifadə edilmiş raketlər Ermənistanda “E” indeksli model deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan “M” modifikasiyasına aiddir. Ermənistanda olmayan "İskəndər-M" raketləri Şuşada necə peyda ola bilər?! Bu sual özülündə bir çox qaranlıq məqamlardan xəbər verir. Ehtimal etmək olar ki, haqqında danışdığımız dəhşətsaçan raketlər Ermənistana gizli şəkildə ötürülüb. İkinci versiya "İskəndər M"in Azərbaycan ərazisinə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasından atılmasıdır. Birinci versiya daha ağlabatan və inandırıcı görünür.
İndiyədək təkcə Rusiyada olduğu deyilən "İskəndər M" raketləri hansı funksiyalara malikdir?
Uzunluğu təxminən 7 metrdən bir qədər artıq olan bu raketlər Rusiyada istehsal olunur və çəkisi 3800 kiloqramdır. “İsgəndər” adı verilən təhlükəli qurğu qısaməsafəli ballistik raket sistemi sayılır. İlk dəfə 2006-cı ildə istehsal olunaraq bir il sonra - 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub.
Məlumata görə, bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirmək iqtidarındadır, eyni zamanda nüvə başlığı da daşıya bilir. Raketlərin startdan atışa maksimum hazır olma vaxtı 2-5 dəqiqə çəkir.
İddialara əsasən, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl hava hücumundan müdafiə komplekslərinin müdafiəsini belə yara bilir. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikincisi start götürür.
Ümumilikdə isə “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Ermənistanda verilən “İsgəndər E” versiyası Şuşada aşkarlanan "M" modifikasiyalı raketlərindən geridə qalır. “İsgəndər-M” daha təhlükəli və dağıdıcıdır.
“İsgəndər-M” növünün əsas özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Yəni start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Raket səmada asan şəkildə zərərsizləşdirilməməsi üçün ziqzaqvari uçmasına baxmayaraq, əvvəlcədən müəyyən edilmiş hədəfləri dəqiqliklə vura bilir. Effektiv şəkildə məhv edə biləcəyi hədəflərə isə bunlar daxildir: Raket kompleksləri, uzaqmənzilli artileriyalar, RƏM və HHMQ sistemləri, aerodramlardakı aviasiyalar, yerüstü və yeraltı bütün obyektlər və o cümlədən döyüş zamanı hərəkət edən istənilən obyekt (avtomobil, zirehli texnikalar və s.)
Bundan başqa, raketin özütuşlama başlığı həssas olur və təbii işıqlanma olmadan 2 metr səhv ehtimalı ilə hədəfi vurmağı bacarır.
Son illərdə Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini təkmilləşdirərək onun hədəfi vurma dəqiqliyini xeyli artırıb. Hazırda “İsgəndər-M” şimal qonşumuzun ən güclü operativ-taktiki raketləri hesab olunur.
Bir maraqlı faktı da qeyd edək ki, “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raketin hədəfə çatana qədər komanda mərkəzindən idarə olunması onun üstünlüyünü artırır.
Raket hansı döyüş xüsusiyyətlərinə malikdir?
Qoşunların operativ dərinliyində hərbi bölmələri məhv etmək üçün nəzərdə tutulan raket taktiki nüvə silahının çatdırılması vasitəsi də ola bilər. Onun başlanğıc kütləsi 3800, döyüş başlığının kütləsi isə 480 kiloqramdır. Diametri 920 mm olan raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti 2 100 m/s sayılır. Hədəfi vurma ilə bağlı minimal məsafəsi isə 50 kilometrdir. “İsgəndər”in hədəfi vurmada hesablanmış maksimal məsafəsi 500/280 kilometr arasında dəyişir. “İsgəndər”lərin istismar müddəti 10 ildir.
Rusiya ixrac üçün nəzərdə tutmadığı bu raket növünü parad zamanı nümayiş etdirib. Onu da bildirək ki, illər öncə Rusiya “İsgəndər-M” raketlərini ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab olaraq Kalininqradda yerləşdirdi.
Rusiyanın Ermənistandakı “İsgəndər-E” operativ-taktiki raket kompleksini “İsgəndər-M” ilə dəyişməsi ehtimalı ilə bağlı xəbərlər hələ 2017-ci ildə dövriyəyə buraxılmışdı “Razm” saytı belə bir ehtimalın artdığını yazaraq, gələcəkdə “M” növlərinə yiyələnmənin hərbi dairələrə üstünlük verəcəyini qeyd edirdi.
Ermənistan Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksi ilə təchiz etdiyi yeganə ölkədir. İrəvana verilmiş “İsgəndər-E” raket kompleksi 280 km məsafədə olan hədəfləri vura bilir.
İddia edilirdi ki, guya raketin “E” növləri qarşı tərəfə 200 milyon ABŞ dolları həcmində kredit razılaşması əsasında verilib. “M” versiyasının Ermənistana verilib-verilməməsi isə bizə məlum deyil. Həmin raketlərin Şuşaya necə atılması sualı hələ açıq qalır.(azvision)