Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Nərimanov rayon icra başçısı Elgin Həbibullayev eyni ərazini iki şirkətə satıb? -ŞİKAYƏT

Nərimanov rayon icra başçısı Elgin Həbibullayev eyni ərazini iki şirkətə satıb?

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.

Yenixeber.org: Belə bir iddianı "Star City Construction” MMC irəli sürüb.

Adıçəkilən MMC-nin redaksiyamıza göndərdiyi şikayət ərizəsində bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli "çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction” MMC-nin daimi istifadəsinə verilib.

Bu sərəncamdan sonra, "Star City Construction” MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılıb. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eskiz layihəsinin razılaşdırılması barədə 14.03.2018-ci il tarixli məktub verilib.

Lakin bütün bunlardan sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park” MTK adlı bir şirkətə də ayrılıb. Məsələ ilə bağlı "Star City Construction” MMC tərəfindən dərhal Nərimanov rayon və Bakı şəhər icra hakimiyyətlərinə, Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib.

Həmçinin qeyd edilib ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın ("ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama "Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bununla bağlı da əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Beləliklə, 16 iyul 2018-ci il tarixli "Star City Construction” MMC-yə aid sərəncam hazırda qanuni qüvvəsindədir. Lakin aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iş üzrə dərhal qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2024-cü il tarixli Qərarın icrası ilə bağlı heç bir addım atılmayıb. Ərazidə "Ailə Park” MMC tərəfindən işlərin aparılması da dayandırılmayıb.

Şirkət iddia edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd olsa və sorğu ünvanlansa da cavab almaq mümkün olmayıb./publika.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam