Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“İsgəndər” yenə niyə “partladı” -Şuşada faş olan sirr

Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqları aşkar edildi, Rusiyanın yalanı, Ermənistanın məkrli niyyəti üzə çıxdı; Qabil Hüseynli: “Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb”

Yenixeber.org: Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. “Yeni Müsavat”ın xəbərinə görə, 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir.

Üzərində seriya nömrələri yazılan raket hissələrinin fotoşəkilləri dərc də edilib. ANAMA-nın mətbuat xidməti isə “Turan”a faktı nə təsdiq, nə təkzib edib, əlavə şərh verməyib. Hərçənd Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir.

Ermənistanda olmayan raket Şuşaya necə atılıb? -

Bu informasiyanın indi ANAMA tərəfindən gündəmə gətirilməsinin səbəbləri nə ola bilər?

Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur. Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da “Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib: “Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər" raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə..."

Şuşaya atılan “İsgəndər” MÜƏMMASI: “Ermənilər son müahribədə o raketlərdən  istifadə ediblər” – Hərbi ekspert

Eks-prezident Gəncənin dinc əhalisinin yaşadığı əraziyə raket atılmasını anlamadığını deyib və bunu “böyük axmaqlıq” adlandırıb: “Beynəlxalq ictimaiyyət bizi ittiham etməyə başladı. Əlbəttə edəcəkdilər. Azərbaycan bundan sonra Xankəndini və Ağdərəni daha sıx hədəfə aldı”.

Sərkisyan etiraf edib ki, Azərbaycan Ordusu oradakı mülki obyektləri və dinc sakinləri yox, ordu qərargahını və hərbi qrupları vururdu: ““İsgəndər” raketini atmaq lazım idi. Bəs onu nə üçün almışdıq?" Sərkisyanın müsahibəsindən aydın görünür ki, o, dinc əhalinin kütləvi ölümünə səbəb olacaq dağıdıcı silahların istifadəsinin tərəfdarı olub.

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qabil Hüseynli

 

Politoloq Qabil Hüseynlinin bildirdiyinə görə, Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb: “Müharibədən əvvəl ”İsgəndər-M" raketlərini ermənilər hərbi parada çıxarıb öyünəndə açıq surətdə deyilirdi ki, erməni silahlı qüvvələrinə aiddir və Rusiyadan  verilib. 44 günlük müharibə qurtardıqdan sonra Paşinyanı ən çox ittiham edən Sərkisyan idi. Serj deyirdi ki, “İsgəndər”dən istifadə olunsaydı, belə rüsvayçı məğlubiyyət yaşanmazdı.

Paşinyan isə onun atmacasına cavabında bildirmişdi ki, “Bu necə raketlərdir?! Biz dərhal ondan istifadə etdik, əvvəlcə hədəfi dəqiq vurmadılar, (Şuşanı misal gətirir), sonra oradakı erməni qoşunlarına çıxmağı əmr etdik, həmin raketlər Şuşanın 40-45 kilometrliyinə düşdü və partlamadı”. Paşinyan onu da əlavə etmişdi k, ballistik raketlərdən cəmi 10 faizi partlayıb. Moskva bu açıqlamanı rus silahının gücünə kölgə salmaq kimi qiymətləndirdi və Paşinyanın naşı olduğunu iddia etdilər. Daha sonra ruslar bir az da irəli gedərək, ümumiyyətlə, müharibədə “İsgəndər”dən istifadə olunmadığını bəyan etdilər.

Halbuki Paşinyandan əvvəl, ilk dəfə indi həbsdə olan ermənilərin keçmiş baş qərargah rəisi də söyləmişdi ki, “İsgəndər”dən istifadə etdik, amma qarşı qoyulan məqsədlərə nail olmadıq. İndi isə “İsgəndər”dən istifadənin detalları üzə çıxır. Məlum olur ki, Şuşaya bu raketlərdən ən azı 10 dəfə atıblar. Bu raketlər düzgün hədəflənməyib, onlardan isə yalnız ikisinin hədəfdən xeyi uzaqda partladığı bəlli olub, onun qalıqlarını da ANAMA əməkdaşları tapıblar".

Q.Hüseynlinin fikrincə, bu raketləri bir kənaraq qoyaq, “Skad” tipli raketlərə kasset tipli bomba başlıqlarının qoyulması, onlardan iki dəfə Gəncəyə və iki dəfə də Bərdəyə atılmasına nə demək olar: “Axı kasset tipli bombalar beynəlxalq konvensiyalarla qadağan olunub. Özü də bu silahlardan müharibə zonasında deyil, mülki əhali yaşadığı bölgələrdə istifadə edilib. Üstəlik, insanlar gecə yatdığı yerdə istifadə edilib. Belə davranış insanlığa sığmır”.

 Ərəstun Oruclu 

 

Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış “İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir: “Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan ”İsgəndər"in  Ermənistana satılmış versiyası E olub, M tipli “İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma bunun ardınca Bakı üzərində vurulmuş “İsgəndər”in  haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki “İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi".

Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə “İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur: “Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur...”
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam