Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Azərbaycanda qalmaqallı məmura şeir yazdılar:“Mənzər çapdı-taladı, nazirliyə bəladı…”

media-menz

Tanınmış şair, professor Vüqar Əhmədlə Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva arasında qovğa davam edir. V.Əhməd mütəmadi olaraq, sosial şəbəkələr və mediada şöbə müdirindən olan narazılığını müxtəlif formalarda dilə gətirir.

Yenixeber.org: Professor Mənzər Nurəliyevadan olan narazılığını bu dəfə özünün sosial şəbəkə hesabında ona ünvanladığı bir şeirlə dilə gətirib. Həmin şeiri təqdim edirik:

Mənzər çapdı-taladı,
Nazirliyə bəladı,
Topdağıtmaz qaladı,
İrinləmiş yaradı.

***
Saymır nazir Adili,
Uzanıb yaman dili,
Həyasızdır bu dəli,
Hamı tanır Mənzəri.

***

Çoxdur mülkü, evləri,
Yoxdur onun bənzəri,
Rəqs eləyir “Mənzəri”
Hamı tanır Mənzəri.

***
Qoyub bizə qadağa,
Mənzərdən icazəsiz.
kimsə getmir qabağa.
Hamı tanır Mənzəri.

***
Güvənirdik Nazirə,
Bu da köhnənin tayı.
Görmür Günəşi, Ayı,
Hamı tanır Mənzəri.

***
“Dəmir Yumruq” hardasan?
Son qoy bu haqsızlığa,
Zülm çəkir çox insan,
Hamı tanır Mənzəri.

***
Mənzər qanmır hörməti,
Hey toplayır sərvəti,
Susdura bilməyəcək,
Şair Vüqar Əhmədi.

Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında bir sıra tanınmış sənət adamları – müğənni Nura Suri, xanəndələr Pərviz Qasımov və Almaxanım Əhmədli, şair Vüqar Əhməd və kamança ifaçısı Şəhriyar Musayev – Mənzər Nurəliyevanın fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ifadə etmişdilər. Onlar bildirmişdi ki, Nurəliyeva onlara qarşı qərəzli münasibət sərgiləyib, təşkil olunan mədəniyyət tədbirlərinə dəvət etməyib, hətta bəzi hallarda onlardan açıq və ya dolayı formada rüşvət tələb olunub.

Məsələ ilə bağlı açıqlama verən şair Vüqar Əhmədin sözləri isə vəziyyətin təxmin edildiyindən daha ciddi olduğunu göstərib. O, açıqlamasında bildirib: “Mənzər xanımda bütün istedadlılara qarşı qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Mənzər bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərə gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı”.

Sənət cameəsinin üzdə olan nümayəndələrinin bu dərəcədə açıq və sərt ittihamlarla çıxış etməsi cəmiyyətin diqqətini çəkmiş və Mədəniyyət Nazirliyini araşdırma aparmağa vadar etmişdi. Sənətçilər məsələ ilə bağlı nazirliyə dəvət olunduqlarını və izahatlarının alındığını demişdi.

Lakin sonradan nazirliyin araşdırmasının nəticəsi haqqında ictimaiyyətə hər hansı məlumat verilmədi. Bununla bağlı nə nazirliyin rəsmi saytında, nə də mediada hansısa məlumata rast gəlmək mümkün deyil.(editor.az)

media-100


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam