Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Putin Trampa belə cavab verdi:“Kimsə gücünü sınamaq istəyirsə, buyursun!”

post-img

Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında ABŞ lideri Donald Trampın Moskvanı “kağız pələng” adlandırmasına münasibət bildirib.

Yenixeber.org: Məlumata görə, Putin Rusiya ordusunun hazırda dünyanın “ən döyüş qabiliyyətli” ordularından biri olduğunu vurğulayıb:

“Kağız pələng? Onda gəlin, bu "kağız pələng"lə bacarın. Biz bütün NATO bloku ilə müharibə aparırıq və irəliləyirik, özümüzü əmin hiss edirik və bu ordu "kağız pələng"dirsə, onda NATO-nun özü nəyi ifadə edir?” – deyə Rusiya lideri bildirib.

Putin qeyd edib ki, əgər Ukrayna “başqalarının əlində dağıdıcı alətə çevrilməsəydi” və NATO Şərqə doğru genişlənməsəydi, münaqişədən qaçmaq mümkün idi. .

Onun sözlərinə görə, Rusiya qoşunları cəbhənin demək olar ki, bütün istiqamətlərində irəliləyir, “Qərb” qruplaşması isə Kupyanskın təxminən iki üçünü nəzarətə götürüb.

Putin sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 44,7 min itki verdiyini, Rusiya ordusunun itkilərinin isə “dəfələrlə az” olduğunu iddia edib.

Rusiya lideri bildirib ki, ABŞ-la münasibətlərin tam bərpası Moskvanın milli maraqlarından biridir. O həmçinin qeyd edib ki, əgər həmin dövrdə ABŞ-da Donald Tramp hakimiyyətdə olsaydı, Ukraynada müharibə ümumiyyətlə başlamazdı.

Putin Avropanı müharibənin davam etməsində məsuliyyət daşımaqda ittiham edib:

“Təəssüf ki, döyüşləri dayandırmaq hələ mümkün olmayıb. Bunun məsuliyyəti çoxluğun yox, azlığın, ilk növbədə münaqişəni daim alovlandıran Avropanın üzərindədir”, – deyə o bildirib.

Prezident NATO-ya və Qərbə xəbərdarlıq da edib:

“Kiminsə bizimlə hərbi sahədə gücünü sınamaq istəyi yaranarsa, buyursun. Amma unutmasınlar ki, Rusiya heç vaxt zəiflik göstərməyib. Təhlükə yarananda cavabımız sürətli və inandırıcı olacaq”, – deyə Putin vurğulayıb.

O, eyni zamanda Belarus və Şimali Koreyanın münaqişənin həlli üçün göstərdiyi səylərə təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam