Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi:Şok səs yazısı


Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva haqqında şikayətlərin və qalmaqalların ardı-arası kəsilmir. Onun məktəbi rüşvət yuvasına çevirməsinə, pedaqoji kollektivi şantaj etməsinə, qanunsuz olaraq işdən çıxarılmasına dair kifayət qədər səs yazıları və faktlar yayılıb. Ancaq nədənsə, nazir Emin Əmrullayev, eləcə də MÜTDA rəhbəri Eşqi Bağırov Afaq Əliyeva haqda heç bir ölçü götürmür. Onu qoruyan gizli əllər Afaq Əliyevanın hələ də vəzifədə qalmasına və özbaşınalıqlarını davam etdirməsinə rəvac verir.
Yenixeber.org: Bu dəfə Afaq Əliyevanın "qara kassa"sının məktəbdə rüşvət toplamasına dair səs yazısını əldə etmişik. Səs yazısında özünü Afaq Əliyevanın "sadiq adamı" kimi göstərən Yeganə Musayeva xüsusi canfəşanlıqla rüşvət toplayır. Hətta narazılıq edənlərə də sərt ritorika ilə bir növ xəbərdarlıq edir. Bu səs yazısı Afaq Əliyevanın rüşvət və korrupsiyaya bulaşmasının sübutudur. Ancaq o, Saleh Məmmədov və Lalə Şəfəqqətovanı Nizami rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət edib. Qanunsuz yerə işdən çıxartdığı müəllimləri hansı üzlə məhkəməyə verməsi isə ayrıca bir mövzudur. Onu ifşa edənlərə, qanunsuzluğunu ortaya çıxaranlara qarşı Afaq Əliyeva sözün əsl mənasında "müharibə" aparır və ona "dur" deyən tapılmır.
Hazırda Lalə Şəfəqqətovanın və Saleh Məmmədovun işinə Nizami rayon Məhkəməsinin hakimi Emin Axundov baxır. İnanırıq ki, hakim öz işinə və məsələyə vicdanla yanaşacaq və ədalətli qərar qəbul edəcək. Bununla da ədalətsizliyə uğrayan müəllimlərin canı Afaq Əliyevadan birdəfəlik qurtaracaq.(Tehsilmedia.az)
Səsyazı üçün videoya keçid edin.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam