Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ABŞ SURİYA KÜRDLƏRİYLƏ BAĞLI YENİ OYUNA BAŞLAYIR:Türkiyə artan hücumları önləmək üçün sürpriz addımlar ata bilər -TƏHLİL

 

Handə Fırat

“Hürriyet”, Türkiyə, 09 fevral 2021-ci il

 

Yenixeber.org: Çox deyil, elə bir həftə öncə “Baş verən hadisələri alt-alta qoymaq belə, burnumuzun dibində ABŞ-ın əli ilə bir şeylərin isidilməkdə olduğunu göstərir” demişdim. O hadisələrin inkişafı davam edir. Baş verənlər də, verilən açıqlamalar da ABŞ-la Suriya Demokratik Güclərinin (SDG) yeni oyunlar arayışında olduğunu göstərir. Nələrin olduğuna, həmçinin nələrin baş verməkdə olduğuna baxaq.

Terror təşkilatı YPG/PKK-nın Türkiyənin Suriyada yaratdığı təhlükəsizlik bölgəsinə yönəlik hücumları Ağ Ev administrasiyası dəyişdikdən sonra artdı. Son dövrlərdə artan hücumların hədəfi “Zeytun budağı”, “Fərat qalxanı”  “Sülh bulağı” hərəkatları ilə təmin edilən sabitlik və nizamdır. Diqqət edin, ABŞ hücumları əngəlləmir, qınayarkən də terror təşkilatının adını çəkmir.

Digər tərəfdən, YPG-nin mövcud mövqeyə gəlməsində böyük “əməyi olan” şəxslər – Bred MakQörk və Lloyd Ostin daha güclü mövqeyə gəlməklə meydana geri döndülər. Biri Orta Şərq və Şimali Afrika üzrə koordinator, digəri isə ABŞ Müdafiə naziridir. Bu şəxslərin YPG-yə cəsarət verdiyinə şübhə yoxdur. Bu şəxslərlə birlikdə, yeni ABŞ administrasiyasının “YPG-ni PKK-dan ayırıb bir Suriya təşkilatı etmə” arayışı içində olduğuna da şübhə yoxdur. Bu arayışın və siyasətin sürətləndiyini də söyləyə bilərik.

SDG-nin sözdə “komandir”Mazlum Abdi “PKK ilə qardaşıq, amma təşkilati bir əlaqəmiz yoxdur” açıqlaması verdi. Təbii, bu arada Bayden administrasiyasından daha təsirli rol oynamasını gözlədiklərini də söylədi. Necə bir “təsadüf”dürsə, ABŞ-ın kürdlərlə dialoq üzrə sabiq təmsilçisi olan Uilyam Robak da eyni mövzu ilə bağlı danışdı və “ABŞ, SDG-ni PKK-nın bir parçası olaraq görmür, lakin İŞİD-lə mübarizənin bir parçası olaraq görür” dedi.

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild də terror təşkilatına verilən dəstəyin davam edəcəyini açıq şəkildə jurnalistlərə söylədi və “ABŞ-ın siyasəti dəyişmədi. İŞİD-in şimali-şərqi Suriyada yaratdığı təhdidlə, eynilə bölgənin digər yerlərində etdiyimiz kimi, mübarizə etməyə davam edirik. Şimali-şərqi Suriyada apardığımız bu mübarizədə SDG ilə birgə çalışmağa davam edirik” dedi. Son günlərdə baş verənlər bunlardır.

İndi gələk nəticəyə…

YPG və PKK-nın reallıqda bir-birindən ayrılması imkansızdır. Bəllidir ki, ABŞ və SDG, guya, bunun mümkün olduğunu qeyd edərək, “problemi həll etməyə” çalışacaq.

Ancaq Ankaranın baxışı dəyişməyib, bu məsələdəki həssaslığı da bəllidir. Hadisələrin mümkün inkişaf variantlarına qarşı hazırlıqları da davam edir. Bir müddətdir İraqın şimalı ilə şimali-şərqi Suriya arasında logistik keçid baxımından strateji əhəmiyyətli bir yer olan Sincarda PKK-nın və ona yaxın olduğu məlum olan ünsürlərin varlığından narahat olan Ankara xüsusi hazırlıq içindədirMəqsəd, PYD/YPG-nin Suriyadakı mövcud təsirinin qırılması və o bölgədən Şimali İraqa gedən qaynaq axışının kəsilməsidir.

Baş verən son hadisələr Sincarla birlikdə, bəzi əlavə tədbirlərin alınmasını və hazırlığın görülməsini də tələb edir. Yaxın perspektivdə hadisələrin inkişafından asılı olaraq, Türkiyənin “Zeytun budağı”, “Fərat qalxanı” və “Sülh bulağı” hərəkatları ilə nəzarət altına aldığı bölgələrdə sabitlik və nizamı təmin etmək, artan hücumları önləmək üçün yeni addımlar atması heç kim üçün sürpriz olmayacaqdır.

İsraillə həssas görüşlər

“Arxa qapı diplomatiyası” kimi xarakterizə edilən  kəşfiyyat görüşləri həm Misirlə, həm də İsraillə davam edir. Bir informasiya mənbəyim “Bu, normallaşma prosesinə giriş edə bilmək üçün keçirilən həssas və gizli görüşlərdir” şərhini verdi. Məhz bu dövrdə İrit Lilianın İsrailin Türkiyədə müvəqqəti işlər vəkili təyin edilməsini iki ölkə arasındakı münasibətlərin “isidilməsinə” yönəlik addım olaraq qiymətləndirənlər var. Türkiyə üzrə mütəxəssis olan İrit Lilianın təyinatından sonra başqa addımların atılıb-atılmayacağını zamanla görəcəyik. Ancaq Prezident Ərdoğanın “Bəzi ölkələrdə olduğu kimi, ən təpədəki şəxslərlə problem yaşayırıq. Ən təpədə olanla problem olmasaydı, münasibətlər çox fərqli ola bilərdi” ifadələrini də bir kənara yazın. Yəni, prosesin inkişafından asılı olaraq, ortaya fərqli nəticələr çıxa bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam