Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə 5 dəfə çox ƏSGƏR GÖNDƏRDİ:Düşməni məhv edəcək ƏMƏLİYYATIN DETALLARI

 

Türkiyə 5 dəfə çox ƏSGƏR GÖNDƏRDİ: Düşməni məhv edəcək ƏMƏLİYYATIN DETALLARI

Münbiçdə və Fərat çayının şərqində keçirilməsi üçün planlaşdırılan hərəkat öncəsi Suriya sərhədi boyu yığılan hərbi texnika və şəxsi heyətin miqdarı “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarında istifadə olunan texnika və şəxsi heyətin 5 qatına çatıb. Bu, Türkiyə Cümhuriyyəti tarixinin ən böyük hərəkatı olacaq.

 Yenixeber.org: Bunu “Habertürk”ə təhlükəsizlik və terror üzrə mütəxəssis Abdullah Ağar bildirib.

“Anadoludakı hərbi birliklər başda olmaqla, Türkiyənin hər yerindən sərhədə hərbi təchizat reallaşır. Bölgəyə zirehli texnikanın daşınması davam edir. Ayrıca, Azad Suriya Ordusunun tərkibində 15 mini hazır olmaqla, 40 min döyüşçü əhəmiyyətli bir ünsürdür.

“Münbiç, Kilis, Gaziantep, Şanlıurfa və Mardin sərhəd xətləri boyu bir əməliyyatın keçiriləcəyini düşünmürəm, əməliyyat mərhələ-mərhələ həyata keçirilə bilər. Əməliyyatda demoqrafik, topoqrafik, psixoloji, müqavimət həssaslığı və nəqliyyat marşrutu kimi amillər var. Hesab edirəm ki, əməliyyatda terror təşkilatının əlində olan Tel Abyad və Ayn əl-Arapın (Kobani) böyük əhəmiyyəti var. Bu iki mərkəz terror təşkilatının psixoloji məhvinə səbəb olacaq iki yerdir. Tel Abyad barəsində “parçalama əməliyyat rejimi” tətbiq edilə bilər. Beləliklə, bölgə iki hissəyə bölünəcək. Tel Abyad və Ayn əl-Arabın digər xəttlərdən ayrılması mənə məntiqli gəlir”, - o söyləyib.

Ekspert əlavə edib ki, əməliyyatdan öncə Suriya-İraq bağlantısı kəsilməlidir:

“Bu, İran prosesdən kənarlaşdırılmadan, ABŞ və Rusiya ilə razılıq əldə etməklə reallaşdırıla bilər. İraq prezidenti Bəhram Salihi ölkədə mühüm bir fiqurdur və onun səfəri də əhəmiyyət daşımaqdadır. Bunu xatırlamaq vacibdir: İraqa nəzarət etdiyiniz halda, Suriyadakı terroru asanlıqla aradan qaldıra bilərsiniz. Bu, ABŞ-ın Suriyadan İraqa keçməsinin səbəblərindən biridir”.(publika)

Ömər Dağlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam