Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İlin hadisəsi:AZƏRBAYCANIN ZƏFƏRİ İLƏ BİTƏN MÜHARİBƏ -"KOMMERSANT"IN ŞƏRHİNDƏ

 

Sergey Strokan

“Kommersant”, 30.12.2020

 

Yenixeber.org: 2020-ci ildə postsovet məkanında baş verən başlıca hadisə SSRİ-nin dağılmasından sonra Ermənistanla Azərbaycan arasında baş verən ikinci müharibə – Dağlıq Qarabağda uzun müddətdir davam edən münaqişənin davamı idi. Azərbaycanın məğlubiyyəti ilə başa çatan 90-cı illərin əvvəllərindəki ilk müharibədən fərqli olaraq, bu dəfə qələbə Dağlıq Qarabağla bitişik ərazilərin, eləcə də Dağlıq Qarabağın özünün də bir hissəsinə nəzarəti geri qaytaran Bakının tərəfində idi. Rusiyanın iştirakı ilə İrəvan və Bakı arasında sülh razılaşması əldə edilib və o, yalnız atəşkəsə əməl olunmasını izləməyəcək, həm də gələcəkdə Qarabağ münaqişəsinin uzunmüddətli həllinin qarantına çevriləcək.

Postsovet tarixində Ermənistan və Azərbaycan arasında 44 günlük ikinci müharibə noyabrın 9-dan 10-una keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin ortaq bəyanatı imzalaması ilə sona çatıb.

Üçtərəfli razılaşmanın əsas məqamı silahlı qarşıdurmanın bərpası ehtimalını istisna etməli və 25 ildən bəri dayanmış diplomatik prosesin yenidən başlaması üçün şərait yaratmalı olan Rusiya sülhməramlılarının münaqişə zonasına yerləşdirilməsinə dair razılaşmadır.

Tufanın çox da əhəmiyyət verilməyən ilk şimşəyi iyulun 12-də çaxıb. Həmin gün Dağlıq Qarabağdan yüzlərlə kilometr məsafədə, Ermənistanla Azərbaycan arasında sərhəddə qarşıdurmalar baş verib və bu, 2016-cı ilin aprelindən bəri tərəflər arasında ən böyük hərbi insident olub.

O zaman bir çox siyasətçi, diplomat və mütəxəssis hadisəni yerli əhəmiyyətli fövqəladə hal hesab edib. Bakıda keçirilən genişmiqyaslı və iştirakçılarının “Qarabağ üçün azadlıq müharibəsi” tələb edən 15 iyul gecəsi mitinqinə az adam diqqət yetirib. Buna cavab olaraq, Prezident Əliyev küçələrə çıxanların “yaxşı niyyət güddüyünü” etiraf etsə də, “heç kimə hadisələri qabaqlamamağı” məsləhət görüb.

İlham Əliyev deyib: “Qarabağda döyüşmək istəyirəm” deyən hər kəs şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təhvil versin”. Bir neçə saatdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki, artıq 4000 nəfər könüllü qeydiyyatdan keçib.

Göstəricisi Bakı mitinqi olan Azərbaycan cəmiyyətindəki əhval-ruhiyyə ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesindəki çıxılmaz vəziyyət və diplomatik həll yoluna inam itkisi ilə əlaqədar getdikcə daha radikallaşıb. Bundan əlavə, sələflərindən – keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq, Ermənistan baş naziri Nikol Paşinyan təhrikçi bəyanatları ilə Azərbaycanı qıcıqlandırıb və nümayişkaranə şəkildə dünya ictimaiyyətindən Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb etməyə başlayıb.

Bu fonda Prezident Əliyevin bəyanatlarının tonu getdikcə sərtləşib. Onun bəyanatlarında ATƏT-in Minsk qrupunun 90-cı illərin əvvəllərində, ilk Qarabağ müharibəsindən sonra dondurulmuş münaqişəni həll etmək üçün göstərdiyi səylərin uğursuzluğundan əsəbiləşmə və qıcıqlanma getdikcə daha çox üzə çıxıb.

“Təqlid naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək niyyətində deyilik. Hər şey mənalı olmalıdır. Danışıqlar mahiyyəti üzrə olmalıdır. Onların mənasız olduğunu görsək, müvafiq addımlar atacağıq”, – deyə İlham Əliyev yayda xəbərdarlıq edib. Bundan qısa müddət sonra o, Bakının mövqeyini kifayət qədər fəal şəkildə müdafiə etmədiyinə görə xarici işlər naziri Elmar Məmmədyarovu istefaya göndərib və Ceyhun Bayramovu yeni XİN rəhbəri təyin edib.

Avqustun sonunda, ikinci Qarabağ müharibəsinin başlamasından bir ay əvvəl Moskvaya səfər edən Azərbaycan diplomatiyasının yeni rəhbəri sələfinin imkan vermədiyi ifadələrlə İrəvana şifahi hücum edib. O, Ermənistanın ölkəsinin yalnız 20% ərazisini işğal etmədiyini, həm də bu əraziləri qonşu bölgələrdən olan etnik ermənilərlə aktiv şəkildə doldurduğunu və bunun “sülh prosesinə xələl gətirdiyini” söyləyib.

Bundan əlavə, Ceyhun Bayramov Ermənistan rəhbərliyinin “diqqəti ölkə daxilindəki artan problemlərdən yayındırmaq üçün planlaşdırılmış təxribatlarla” Azərbaycanla sərhəddə gərginliyi qorumağa çalışdığını bildirib.

Beləliklə, sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsi bir çox amillərlə əvvəlcədən təyin olunub.

Azərbaycanın məğlubiyyəti ilə başa çatan ilk müharibədən fərqli olaraq, bu dəfə qələbə, hərbi uğurlar Dağlıq Qarabağa bitişik ərazilərin, eləcə də Dağlıq Qarabağın özünün bir hissəsinə – Şuşa və Hadruta nəzarəti ələ alan Bakının tərəfində olub.

Azərbaycanın qələbəsini əmələ gətirən amillər arasında silahda, ilk növbədə, İsrail və Türkiyədən alınan pilotsuz uçuş aparatları sayəsində tam hava üstünlüyü də var idi. Mütəxəssislər erməni tərəfinin səmada dövrə vuran döyüş sursatları ilə (“kamikaze pilotsuz təyyarələri”) qəfil yaxalandığına inanırlar.

Azərbaycanın müharibədəki qələbəsini təmin edən digər amillər türk hərbi məsləhətçilərinin köməyi, bəzi məlumatlara görə, türk hərbi personalının, o cümlədən pilot və topçuların, eləcə də Yaxın Şərqdən gətirilən muzdluların (Azərbaycan tərəfi bunu qəti şəkildə inkar edir) döyüşlərdə birbaşa iştirakı idi.

Ermənistanın məğlubiyyətinin səbəblərindən bəhs edən mütəxəssislər ölkənin müharibəyəhazır olmadığı şəraitdə buna imkan verən baş nazir Nikol Paşinyanın korazehin siyasətini, hərbi inkişaf məsələlərində Ermənistan rəhbərliyinin səhvlərini, Ermənistan hərbi komandanlığının strateji və taktiki səhv hesablamalarını sadalayırlar.

Azərbaycanın qələbəsi Nikol Paşinyanın il boyu səslənən Dağlıq Qarabağa xüsusi status verilməsi çağırışlarını kəskin şəkildə ucuzlaşdırıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatında Qarabağ üçün xüsusi statusun verilməsinə ehtiyac olduğu barədə bir kəlmə belə yoxdur. Bu baxımdan, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra xalqa müraciətində İlham Əliyev deyib: “Nə oldu, Paşinyan? Hanı sənin statusun? Status yoxdur və olmayacaq da. Qarabağ Azərbaycanındır, Paşinyan”.

Öz növbəsində, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatını imzaladıqdan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq olduğunu təsdiqləyib. “Bəli, bu sənəddə Qarabağın statusu haqqında heç nə deyilmir, hazırda beynəlxalq hüququn bütün əsas aktlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər sənədlərə istinad etməyə davam edirik”.

Dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradından və mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra İlham Əliyev Ermənistana barışdırıcı bir ismarış göndərib: “Bölgənin dinc bir mühitdə inkişafı üçün vahid bir platformanın yaradılmasını müzakirə etdik. Bu platforma Rusiya, Azərbaycan, Türkiyə və İran arasında əməkdaşlığı təmin edir. Ermənistan başa çatmış müharibədən düzgün nəticə çıxarsa, onunla da əməkdaşlıq edə bilərik. Bu düşmənçiliyə son qoymalı, yeni səhifə açmalıyıq”.

Ancaq baş verənlərdən erməni tərəfdən kimin nəticə çıxarmalı olduğu hələ dəqiq deyil. Ölkə vətəndaşlarının xeyli hissəsi baş nazir Paşinyanı müharibədəki biabırçı məğlubiyyətdə günahkar hesab edir, müxalifət istefasını istəyir. Etiraz hərəkatının mövcud dalğası baş naziri və onun hökumətini süpürməsə də, Nikol Paşinyanın növbəti və ya növbədənkənar seçkilərdə qələbə qazanma perspektivləri olduqca qeyri-müəyyən görünür.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam