Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Paşinyan Putinlə görüşündən danışdı -"Qarabağda müharibə istəmirik"

 Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə" proqramının qonağı olub

Yenixeber.org: Aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Jannanın "Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi" sualına Ermənistan baş nazirinin cavabı belə olub: "Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə, vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir".
Janna Nemtsovanın "Bəs, Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuz" sualına isə Paşinyan "Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm", - deyə cavab verib.
Nikol Paşinyanın müsahibədəki fikirlərinə erməni ekspertlərin və KİV-lərin reaksiyası özünü çox gözlətməyib. Hesab olunur ki, Paşinyan Dağlıq Qarabağla bağlı Ermənistanın yalnız sülhə əsaslanan mövqeyini həm də Rusiyanınkı kimi sırımağa çalışır. Düzdür, Moskvanın rəsmi mövqeyi də münaqişənin sülh yolu ilə həllinə nail olunmasıdır. Lakin erməni ekspertlər bu zaman 2016-cı ilin aprel döyüşlərini nümunə gətirərək bildiriblər ki, Azərbaycan məsələni hərb yolu ilə həll etmək istəsə, onun qarşısını heç kəs ala bilməyəcək. Hətta vasitəçi Rusiya da. Silah məsələsində isə Paşinyanın cavabından bəlli ollub ki, Putin ona bu işə qarışmamağı məsləhət görüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam