Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Paşinyandan Qarabağla bağlı absurd mövqe

 

Paşinyandan Qarabağla bağlı absurd mövqe
Ermənistanın baş naziri Nikol Paşinyan "RFI" radiosuna verdiyi müsahibədə ölkəsinin daxiil və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsilə bağlı sualları cavablandırıb.

 Yenixeber.org: Paşinyan mövcud nizamlanma formatına zidd əvvəlki destruktiv bəyanatlarından əl çəkməyib.
Bildirib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə qarant ölkədir. Lakin bu, o demək deyil ki, bundan sonrakı danışıqlarda onun yerinə çıxış etməlidir. Paşinyanın fikrincə, münaqişənin həllində indiyədək irəliləyişə nail olunmamasının səbəbi də budur.

“Əgər Bakı münaqişənin nizamlanmasında həqiqətən maraqlıdırsa, onda Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtmasında da maraqlı olmalıdır”, – deyə işğalçı ölkənin baş naziri münaqişənin həllini tapmamasında yenə də Azərbaycanı ittiham edib.

Xatırladaq ki, bir çox tanınmış rus və qərb politoloqları öz açıqlamalarında dəfələrlə bəyan ediblər ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı absurd şərtləri Ermənistanın münaqişə ilə bağlı məhsuldar danışıqlar aparmaq istəyinin olmamasını sübut edir. Onların fikrincə, sülh danışıqlarının intensivləşməsi üçün ən vacib şərt münaqişə tərəflərinin, yəni Ermənistanla Azərbaycanın özlərinin danışıqlara hazır olmasıdır. Lakin İrəvanın bəyanatlarından aydın olur ki, indiki halda Azərbaycandan fərqli olaraq, Ermənistan hər dəfə danışıqlar formatına zidd yeni şərtlər irəli sürərək münaqişənin həllinin daha da uzanmasına, bununla da mövcud status-kvonun qorunub saxlanmasına çalışır.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusən də RusiyaDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların hazırkı formatının dəyişdirilməsinin yalnız münaqişənin əsas tərəfləri olan Ermənistan və Azərbaycanın birgə razılığından asılı olduğunu bildiriblər. Rəsmi Bakı isə qəti şəkildə bəyan edib ki, separatçılarla heç bir danışıq aparılmayacaq. Çünki məhz Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal edib və rəsmi İrəvan Qarabağ separatçılarına dəstək verir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam