Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

RUSİYA “TURAN YOLU”na NƏZARƏTİ DƏ ƏLİNDƏ SAXLAYACAQ –Moskva Ankaranı oyundan kənara çıxarmağa çalışır - TƏHLİL

 

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 13 noyabr 2020-ci il

 

Yenixeber.org: Milli müdafiə naziri Hulusi Akar Bakıda həmkarı Zakir Həsənovu ziyarət edərkən dedi ki, “Azərbaycan ölkə tarixinə qızıl hərflərlə yazılacaq bir zəfər qazanıb. Bu əməliyyat bir oyanışdır. Azərbaycan ordusu dünyaya savaşma gücünü göstərib. Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir”.

Akar, əslində, bu ifadələrlə Dağlıq Qarabağ savaşında Azərbaycanın qazandığı bu nailiyyətin eyni zamanda Türkiyənin də zəfəri olduğunu vurğulayırdı. Türk silahları, hərbi müşavirləri və hərbi biliyi olmasaydı, Bakı Ermənistana qarşı hücumunu gerçəkləşdirə bilməzdi. Hətta uzun illər ərzində yenə də Minsk qrupundan çıxacaq qərarları gözləməli olacaqdı.

Dünya müasir Türkiyənin müttəfiq olaraq nələri təmsil etdiyini, modern hərbi texnologiyaları, PUA-ları, həssas silahları və öz xarici siyasət gündəliyini həyata keçirməyə yönəlik qərarlı, çox vaxt da sərt olan yanaşmasını gördü. Qısası, Türkiyə riskə girməyə hazır olduğunu göstərdi.

Ancaq 6 həftə (44 gün – tərc.) davam edən Dağlıq Qarabağ müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz uğrunda gedən geopolitik mübarizədən ən böyük fayda əldə edən tərəfin Ankara deyil, Moskva olduğunun da altını cızmaq istəyirəm.

Etibarını böyük ölçüdə itirən Ermənistanda söz sahibi artıq Rusiya Prezidenti Vladimir Putindir. Çünki bu savaşdan sonra ölkədə daha çox rus hərbçisi yerləşdirilmişdir. Çərşənbə günü Ermənistanda minlərlə adamın iştirakı ilə keçirilən etiraz nümayişində Baş nazir Nikol Paşinyanın istefası tələb olunduPutin, beləliklə, xammal zəngini olan Azərbaycan üzərində də təsirini artırmış oldu.

Müharibənin əvvəlində Rusiyanın Cənubi Qafqazı itirdiyi, bölgəyə Türkiyə kimi yeni bir oyunçunun gəldiyi düşünülürdü. Türkiyə bölgədə olduqca intensiv oyun nümayiş etdirdi. Ancaq uzun bir tərəddüddən sonra Moskva hərəkət mexanizmlərindən öz maraqlarına uyğun istifadə edərək, bölgədəki üstünlüyünü sübut etdi. Hətta Moskva Ankaranı oyundan kənara çıxarmağa çalışır. Bu dəyişiklikləri diqqətlə izləməliyik.

                            Rusiya bu bölgədən çəkilməzsə, nələr olacaq?

Moskvanın himayəsi altında Ermənistanla Azərbaycan arasında imzalanan bu anlaşmaya uyğun olaraq, 5 ildən sonra Rusiya bu bölgədən çəkilməzsə nələr olacaq?

Bu, yerində verilmiş bir sual olsa da, Ankaranın bölgədə geopolitik ağırlıq qazanması ilə bağlı reallığı dəyişdirmir. Türkiyə Aralıq dənizində, Orta Şərqdə, Şimali Afrikada, Qara dənizdə və Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi baxımdan regional güc olaraq önə çıxmaq istəyir. Bu yöndə böyük ölçüdə atılmış təməllər var.

Dağlıq Qarabağ müharibəsində “qardaş millət” kimi Azərbaycanın dəstəklənməsi, lap əvvəldən Türkiyənin regionun taleyilə bağlı Moskva ilə bərabər söz sahibi olmaq təşəbbüsüdür.

Moskva, Türkiyənin kövrək sülhün müşahidə edilməsində söz sahibi olma ümidini boşa çıxarmaq istəyir. Moskvadan gələn mesajlar da bu mənada olduqca aydındır.

                                          “Turan yolu” – “Türk dəhlizi”

İmzalanan anlaşma Azərbaycanın bir başqa problemini də həll edir, eyni zamanda Türkiyəyə də fayda gətirir. Söhbət Naxçıvandan gedir. Naxçıvan Muxtar Respublikası şimaldan və şərqdən Ermənistanla, cənubdan və qərbdən də İranla əhatələnmiş olub, Türkiyə ilə yalnız şimali-qərbdə qısa bir sərhəddə malikdir. Moskvada imzalanan anlaşma Bakının artıq Ermənistandan tranzit keçmə haqqına sahib olduğunu təsbit edir. Keçidin təhlükəsizliyini təmin etmək üçün rus birlikləri bu yol üzərində yerləşdirildi. Ancaq bu yol Türkiyə baxımından Qafqaza açılan “Turan yolu” olaraq görünsə də, Rusiya prosesdə müəyyənedici mövqedədir. Çünki yola nəzarət Rusiyanın əlindədir.

Bu dəhliz sayəsində yalnız Naxçıvan deyil, Türkiyənin özü də Azərbaycana birbaşa çıxış əldə edə biləcəkdir. Beləliklə, Türkiyə bir quru körpüsü üzərindən Xəzər dənizinədək uzanan “Türk dəhlizi” yarada biləcəkdir. Bu da 6 həftəlik Qarabağ Müharibəsinin sonunda Ankaranın geopolitik durumunu ciddi şəkildə yaxşılaşdıracaqdır. Ancaq nəzəri olaraq…

Çünki bir az öncə yuxarıda zikr etdiyim kimi, “Beş il sonra Rusiya buradan çıxmazsa nə olacaq?” sualı bu planların reallaşması üçün irəlidə böyük bir əngələ çevrilə bilər.

“O zaman nə edəcəyik?” sualını indidən verməkdə və cavabını tapmağa çalışmaqda fayda vardır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam