Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hulusi Akar: -"44 günlük hərəkatın 44 il danışılacağına əmin olun"

Hulusi Akar: 44 günlük hərəkatın 44 il danışılacağına əmin olun

“Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”.

Yenixeber.org: Bunu Bakıya səfər edən Türkiyə Müdafiə naziri Hulusi Akar söyləyib.

“Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”, - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam