Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Lukaşenko ilə Tsarukyanı nə birləşdirir?-ANALİZ

 

                     

 Belarus dövlət şirkətlərindən biri erməni oliqarxa satılıb

Yenixeber.org: Bolqarıstanın “Multiqroup Trade” şirkəti Belarusun “Brestskoye pivo” (“Brest pivəsi”) Açıq Səhmdar Cəmiyyətinin nəzarət səhm paketini satın alıb. Alıcı şirkət Bolqarıstanda qeydiyyatdan keçsə də, bolqarlara məxsus deyil, erməni oliqarx Qagik Tsarukyanın “Multi Group” holdinqinə aiddir. Yəni, əslində “Brest pivəsi”nin dövlətin əlindəki 89,73% səhmləri bu holdinqə satılıb. Sövdələşmənin miqdarı açıqlanmır.

Alqı-satqı müqaviləsi hələ iyulun 31-də, Belarusdakı prezident seçkilərindən bir neçə gün öncə imzalansa da, icrasına indi başlanıb və ayın sonuna qədər Q.Tsarukyan “Brest pivəsi”nin idarəetməsini təhvil alacaq.

1998-ci ildə yaradılmış “Multi Group”a onlarla şirkət daxildir. Bu şirkətlər otel, avtomobil satışı, alkoqol (o cümlədən məşhur “Ararat” konyakı) istehsalı, dağ-mədən sənayesi, sıxılmış maye qaz, əczaçılıq, turizm sahələrində fəaliyyət göstərir.

Qagik Tsarukyan Ermənistanın ən zəngin adamıdır. Onunla Aleksandr Lukaşenko arasında dostluq münasibətləri mövcuddur. 2010-cu ildə Tsarukyan “Ar-Be” (Armenia-Belarus) Ticarət Evi açıb, onun mərkəzi ofisi İrəvanda yerləşir. 2012-ci ildə iş adamı Minsk şəhərində erməni konyakının istehsalı üzrə müəssisə yaradıb. 2013-cü ildə Lukaşenko Tsarukyanı “Xalqlar dostluğu” ordeni ilə təltif edib.

Tsarukyanın konyak zavodunun zirzəmisində 400 litrlik konyak çəlləyi saxlanılır, oliqarx əhd edib ki, bu çəlləyi Lukaşenkonun oğlu Nikolayın toyunda açacaq.

Hazırda Tsarukyanın Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri çox gərgindir. İyunun 16-da Ermənistan parlamenti onu deputat toxunulmazlığından məhrum edib və həbsinə razılıq verib. Lakin məhkəmə həmin ayın 21-də Baş Prokurorluğun bu haqda təqdimatını təmin etməyib. Q.Tsarukyan Rusiyanın adamı hesab olunur, məhkəmənin qərarı göstərir ki, hələlik Paşinyanın ona gücü yetmir.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam