Yeni OPEC + neft sazişi artıq Rusiya üçün yeni “Brest sülhü” adlandırıldı. Mütəxəssislər yekdilliklə deyirlər ki, Rusiya tam bir fəlakətdən qaçmaq və neftin qiymətinin aşağı düşməməsi üçün alçaldıcı şərtlərlə razılaşmalı idi. İndi “günahkarları” axtarırlar və mümkündür ki, bütün günahlar “Rosneft”in sahibi İqor Seçinin “hirsli” başına yazılsın.
Yenixeber.org: Bu fikirləri Ermənistanın lragir.am saytında icmalçı Naira Ayrumyan yazıb.
Yazının aktuallığını nəzərə alaraq onu sizə tərdim edirik:
“Dünən “Vedomosti” qəzetində Seçinin məsuliyyətini ifadə edən bir məqalə yerləşdirilib. Məqalə bir neçə dəqiqədən sonra silindi, sonra yenidən yerləşdirildi və tamamilə silindi. Bir çoxları bunu əvvəlcədən cavabdehləri axtarmağa başladıqları Kreml dəhlizlərindəki mübarizənin əlaməti kimi qəbul etdilər. Rus mütəxəssislərinin dediyi kimi neft sazişinin pozulmasında, Venesuelanın “təslim olmasında”, Suriya “ayıbı” nda, ümumiyyətlə, “Brest sülhü”ndə günahkarları axtarırlar. Hansı ki, bunlar Rusiya üçün rüsvayçı təslimiyyət simvolu halına gəlib.
1918-ci ildə bolşeviklərin rəhbərlik etdiyi RSFSR Almaniya ilə razılaşmadan sonra təbii ki, böyük pul qarşılığında müharibədən sağ-salamat çıxdı. Bu, böyük bir məbləğ idi və bunun müqabilində Lenin və inqilabçılar Belarus, Ukrayna və Baltikyanı ölkələri verməyə hazır idilər. Bir il yarımdan sonra “Brest sülhü” ləğv edildi və keçmiş koloniyaların suverenliyi başladı. Moskva Belarusu, Ukraynanı və hətta 20 ildən sonra 1991-ci ildə itirdiyi Baltikyanı ölkələri “qaytara” bildi. Lakin Rusiya heç vaxt Anadoluya qayıda bilmədi. (Erməni icmalçı bunu görə yazır ki, guya o vaxt Rusiya Ermənistanın bir qisim torpağını (?) Türkiyəyə verib – KONKRET.az) “Brest sülhü” Rusiyanın, ilk növbədə, erməni məsələsində məğlubiyyətinin simvoludur.
Rusiya Türkiyə ilə rüsvayçı bir sui-qəsdin nəticələrini aradan qaldırmayana qədər dünya vaxtaşırı bunu utanc verici vəziyyətə gətirəcəkdir. Bu gün neft üçün, sabah bioloji və ya digər bir hücum ola bilər. Moskvanı isə tam hüquqlu bir suveren güc hesab etmirlər.
Tarixşünaslığın artıq “SSRİ-nin ikinci dağılması” adlandırdığı son 12 ildə Rusiya ən azı keçmiş koloniyalarda nominal varlığını qorumağa çalışdı. Ancaq hər dəfə “and içən dostlar”dan zərbələr aldı, çünki digər xalqların suverenlik hüququ ilə barışa bilmədi.
1991-ci ildə SSRİ dağılandan sonra Rusiya Gürcüstan, Ermənistan və Azərbaycanda hərbi mövcudluğunu saxladı.
Lakin 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən bir neçə ay əvvəl Rusiya bazası ermənilər yaşayan Cavaxetiyadan çıxarıldı. 2012-ci ildə Azərbaycan Rusiya LRS-nin Qəbələdən çıxmasına nail oldu.
Rusiya başa düşə bilməz ki, “Brest sülhü”ndən əslində, yalnız Gümrü bazası “qaldı”. “Brest sülhü”nün utancını yalnız suveren qonşularla üfüqi münasibətlər qurmaqla yumaq olar”.(konkret)
Babək Göyüş