Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Rusiyadan Azərbaycana - buğda ixrac oluna bilər

"Azərbaycan özəl sektoru Rusiyanın aqrar ənənəsini yaşadan Saratov vilayəti ilə səmərəli əməkdaşlığın imkanlarını dəyərləndirməyə hazırdır".

Yenixeber.org: Bu barədə “Dəvəçi Dəyirman” MMC-nin icraçı direktoru Şahin Şərifov bildirib.

Qeyd edək ki, Saratov Sənaye Ticarət Palatasında Azərbaycan sahibkarları ilə palata direktoru Aleksey Antonov və vilayət məclisinin aqrar məsələləri komitəsinin sədr müavini Oleq Alekseyevlə görüşü zamanı həm də Saratov vilayətindən Azərbaycana buğda ixracı məsələləri müzakirə olunub.

Regionda nümayəndəlikləri olduğunu qeyd edən Ş.Şərifov tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün Saratovda açılan Qaqarin Hava Limanından Azərbaycana müntəzəm uçuşlara başlamasının mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin avqust ayının 26-29-da Saratov vilayətinin işgüzar missiyasının Azərbaycana nəzərdə tutulan səfəri, missiya üzvlərinin ölkənin mühüm müəssisələrinə baş çəkərək potensial tərəfdaşlarla görüşməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Saratov Sənaye Ticarət Palatasının rəhbəri A.Antonov azərbaycanlı nümayəndələri Saratovda keçiriləcək ikinci “Yalnız irəli” iqtisadi forumuna dəvət edib əməkdaşlıq niyyətinin forumda bir daha təsdiqlənəcəyini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam