Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərəb iş adamları Azərbaycana gəlir

    

Ərəb iş adamları Azərbaycana gəlir
Azərbaycanın BƏƏ-dəki səfəri Daşqın Şikarov Abu Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb.
Yenixeber.org: Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, görüşdə iqtisadi əlaqələrin hazırkı vəziyyətinə və potensialına toxunan səfir qeyd edib ki, 2016-2018-ci illər ərzində BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında müşahidə edilmiş kəskin artım, birbaşa uçuşların həftəlik 50-yə çatması iki ölkənin əhalisi və biznes dairələr arasında qarşılıqlı məlumatlılıq və anlayışı artırıb ki, bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkan yaradır.

D.Şikarov Azərbaycanın xarici ölkələrdə açılmış dörd ticarət nümayəndəliyindən birinin də BƏƏ-də təsis edilməsi və təcrübəli ticarət nümayəndəsinin təyin olunmasının BƏƏ ilə əməkdaşlığa verilən önəmin göstərici olduğunu qeyd edib, görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsi Elnur Əliyevi baş direktora təqdim edib.

D. Şikarov BƏƏ ilə iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin ənənəvi olaraq Dubaya hədəfləndiyini, lakin səfirliyin Abu Dabi və digər əmirliklərlə də əməkdaşlıq üçün potensial gördüyünü baş direktorun diqqətinə çatdıraraq, səfirliyin yerləşdiyi və siyasi mərkəz olmaqla yanaşı ölkə ərazisinin 83%-ni əhatə edən Abu Dabi əmirliyində Azərbaycan məhsulları və xidmətləri üçün böyük alıcı kütləsinin mövcud olduğunu vurğulayıb.

Səfir məhz bu səbəbdən səfirliyin BƏƏ-nin Dubay və Şarja vasitəsilə Azərbaycanla birbaşa hava əlaqəsinin olmasına baxmayaraq, Abu Dabidən də Bakıya birbaşa uçuşlara başlanmasını təşəbbüs etdiyini və buna nail olduğunu, Abu Dabidə keçirilən Şeyx Zayed İrsi beynəlxalq ticarət və mədəniyyət sərgisində Azərbaycan pavilyonunun yaradıldığını, Abu Dabidə keçirilən digər tədbirlərdə Azərbaycanlı iş adamlarının və dövlət dairələrinin iştiraka təşviq edildiyini bildirib.

Səfir Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanla təmaslarının daha sıx olduğunu diqqətə çatdıraraq, Dubay palatasının Azərbaycanda nümayəndəliyinin olmasının bu işdə müstəsna rol oynadığını qeyd edib.

O, Abu Dabi palatası ilə də Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi arzusunu ifadə edib, Abu Dabi palatasının rəhbərliyi və üzvlərinin Azərbaycana səfərinin təşkil edilməsi, qarşıdan gələn iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında və digər tədbirlərdə iştirak etmələrini təklif edib.

Baş direktor Azərbaycanın həm turistik, həm də işgüzar istiqamət kimi BƏƏ-də imicinin artmasına sevindiyini bildirib, bu istiqamətdə rəhbərlik etdiyi palatanın hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib. Məhəmməd əl-Muhairi Dubay palatası ilə sıx əməkdaşlıq etdiklərini, tələb olunduqda Bakıdakı nümayəndəliyin xidmətlərindən və məlumat dəstəyindən faydalandıqlarını bildirmiş, Abu Dabidə Azərbaycanla və bu əmirliklə bağlı Azərbaycanda məlumatlılığın artırılmasının vacibliyi barədə səfirin fikirlərini dəstəklədiyini vurğulayıb.

Məhəmməd əl-Muhairi Abu Dabi iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsi ilə əlaqədar palatanın idarə heyətinə təklif təqdim ediləcəyini də qeyd edib.

Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində ticarət nümayəndəsi Elnur Əliyev ticarət nümayəndəliyi təsis olunan gündən hazıradək görülmüş işlər barədə baş direktora məlumat verib. O, iqtisadi və ticarət əlaqələrinin daha çox qurulduğu Dubayda bir neçə seqmentdən ibarət Azərbaycan evinin yaradıldığı, bu işlər çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı danışıb, eyni tədbirlərin Abu Dabidə də həyata keçirilməsinin arzu olunduğunu diqqətə çatdırıb. Elnur Əliyev Azərbaycan və Abu Dabi iş adamları arasında birbaşa təmasın təşkil edilməsi barədə fikirlərini bölüşərək, yaxın zamanlarda belə bir tədbirin təşkilini təklif edib.

Görüşün yekunu üzrə yaxın gələcəkdə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub. Səfir Daşqın Şikarov bir daha Məhəmməd əl-Muhairini rəsmi və istirahət məqsədilə Azərbaycana səfərə dəvət edib, bu istiqamətdə istənilən əməkdaşlığın səfirlik tərəfindən göstəriləcəyini vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam