ABŞ Azərbaycana 13 milyarddan çox investisiya yatırıb
İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə keçirdiyi görüşdə deyib.
Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən Birləşmiş Ştatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və sair sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur: “Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞşirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”.
1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi” layihələrinin qlobal enerji təhlükəsizliyində önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəmizdə bir sıra layihələrin icrasına 350 milyon dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsində iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Qeyd edilib ki, Azərbaycan hökuməti və ABŞ-ın USAID təşkilatı tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı, ticarət, nəqliyyat və sair sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Görüşdə Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığı vurğulanıb və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına investisiya yatırması imkanları diqqətə çatdırılıb.
ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını diqqətə çatdıraraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, ticarət əlaqələrinin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə biznes forumlar, ixrac missiyalarının təşkilinin önəmini qeyd edib.
ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin forumda iştirakından məmnunluğunu ifadə edib.
O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır.
Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən B.Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAID-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və sair sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.