Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Mərkəzi Bankın “gülləsi” qurtarır – Növbəti devalvasiya qapıda

dollar_muharibe2

Mərkəzi Bank, manatı qurtarmaq üçün ehtiyatlarının 11 milyard 188 milyon dollarını satıb, amma manat dəyərdən düşməkdə davam edir

Xeberinfo.com:  Ölkənin pul vahidi kəskin dəyərdən düşdükdə mərkəzi banklar “cəbbəxanasını” açraq silahlarını işə salırlar. Bu silahlara valyuta satışı müdaxiləsi, uçot dərəcəsi, not buraxılışı, depozit hərracı və s. daxildir.

Azərbaycan Manatı Dollar qarşısında dəyərdən düşür. Mərkəzi Bank demək olar ki, ən güclü “silahlarından” istifadə edib, amma “düşmən” dollar manatı əzib keçir.

Məzənnəyə müdaxilə etmək üçün Mərkəzi Bankın valyuta ehtiyatları, obrazlı desək “cəbbəxanasında” “gülləsi” bitmək üzrədir. 2014-cüilin İyun ayının sonunda 15 milyard 193 milyon dollar valyuta ehtiyatına malik olan Mərkəzi Bank, Manatı qurtarmaq üçün ehtiyatlarının 11 milyard 188 milyon dollarını satıb, amma manat dəyərdən düşməkdə davam edir. Oktyabr ayının sonuna olan məlumata görə, Mərkəzi Bankın 4 milyard 5,5 milyon dollar valyuta ehtiyatı var. Mərkəzi Bank qalan ehtiyatlarından davamlı sata bilməz, yoxsa gələcəkdə gözlənilməz proseslər qarşısında çıxılmaz vəziyyətə qala bilər. Buna görə, ehtiyatlarını qoruyub saxlamaq məcburiyyətindədir.

Mərkəzi Bank uçot dərəcəsi silahını da “çəkib”. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi mərhələlərlə 3%-dən 15%-ə, faiz dəhlizinin aşağı həddi 0.1%-dən 12%-ə, yuxarı həddi isə 5%-dən 18%-ə yüksəldilmişdir. Eyni zamanda qorunan Manat əmanətləri üzrə məbləğ limiti ləğv edilmiş, faiz dərəcəsinin tavanı isə 12%-dən 15%-ə qaldırılmışdır.

Mərkəzi Bank Dollar alışlarının azaldılması üçün dövriyyədəki Manat kütləsini də azaldır. Depozit hərracları və notların satışı ilə Manat kütləsi cəlb edilir. Buna baxmayaraq Manata etimad güclənmir. Mərkəzi Bankın bütün həmlələrinə baxmayaraq; Manatın faizi artırılsa da, dövriyyədəki Manat azaldılsa da dollarlaşma azalmır və milli valyutamız günbəgün dəyərdən düşür.

Manat kütləsi nə qədər azaldısa da, iqtisadiyyatın müəyyən miqdar dollara ehtiyacı var. Əgər bu ehtiyac ödənmirsə, bütün tədbirlər yetərsiz qala bilər.

XARİCƏ ÇIXAN DOLLAR GƏLƏNDƏN ÇOXDUR

Son məlumata görə, Oktyabr ayında Azərbaycanın ixracı 644 milyon 492.59 min dollar, idxalı isə 755 milyon 665.60 min dollar təşkil edib. Oktyabr ayında isə mənfi 111 milyon 173.01 1 min dollar təşkil etmişdir. İxracdan başqa, xarici hüquqi və fiziki şəxslərin, xaricə səfər edən yerli turistlərin, bankların, vətəndaşların və s. dollara təlabatı var.

Proqnozlara görə, Dollar Manat qarşısında hazırkı sürətlə bahalaşarsa ilin sonunda 1.90 manatadək çıxa bilər. Nəzərə alsaq bunu üçün şərait də var. Mərkəzi Bank valyuta satışı həyata keçirmir, qlobal birjalarda dollar bahalaşır, neft ucuzlaşır və Azərbaycanın valyuta gəlirləri daha da azalır.  /Marja.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam