Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Bank manatı qoruya biləcəkmi?

 

Ekspert: “Manatı ancaq neftin bahalaşması xilas edə bilər”

"Xeberinfo.com":  Məlumata görə, Neftin qiymətinin aşağı düşməsi ilə gəlirləri azalan Azərbaycanın qarşısında duran əsas iqtisadi problemlərdən bir də manatın məzənnəsini qorumaqdır. Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, manatın məzənnəsinin sabitliyi cari ildə də mühüm prioritetlərdən biri olacaq.

Ancaq əsas məqam odur ki, Mərkəzi Bankın  valyuta ehtiyatları manatı nə vaxta kimi qorumağa bəs edəcək?  Dekabrın sonuna olan məlumata görə,  Mərkəzi  Bankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manatdır.  Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib. Mərkəzi Bankın açıqlaması da göstərir ki, manat dünya iqtisadiyyatında baş verən proseslərə həssasdır. Bankın açıqlamasında deyilir: “Dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin  düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib”.
 
Qeyd edək ki, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıblar. Rus rublu 80, qazax təngəsi 19, türkmən manatı 22, Belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8 faiz  ucuzlaşıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam