Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Torpaq bazarında son vəziyyət – VİDEO

 

toprak

Daşınmaz əmlak qiymətlərinin düşməsi torpaq sahəsi alıcılarını azaldıb.

Xeberinfo.com:  Tikinti materiallarının ucuzlaşmamasına görə ev sahibi olmaq istəyənlər daha az xərclə bina evləri alırlar.

Torpaq sahələrinin ucuzlaşması isə satanları azaldıb. Nəticədə torpaq bazarında durğunluq yaşanır. Torpaq sahələrini ucuzlaşdıran amillərdən biri bina evlərinin əlverişli şərtlərlə, uzun müddətli və ilkin ödənişsiz şərtlərlə satılmasıdır.
Digər amil isə sənədsiz ərazilərdə və qanunsuz aparılmış tikintilərin sökülmə ehtimalıdır. Nəticədə bazarda ucuzlaşma davam edir. Xüsusilə də paytaxtın mərkəzi ərazilərdə.

Kənar ərazilərə gəldikdə isə Türkan-Hövsan qəsəbələrində hazırda 1 sot torpağın qiyməti 2000-3000 arasında dəyişir. Əvvəllər bu qiymət 5000-7000 idi. Mərdəkan-Şüvəlan kimi ərazilərdə hazırda bir sot torpaq 8000 manatdan başlayır. Əvvəllər bu rəqəm isə hazırkından 30-40% baha idi.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vəziyyətin bu həddə olmasının əsas səbəblərindən biri manat-dollar münasibətləridir. Ekspertin sözlərinə görə, qarşıdakı aylarda vəziyyətin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırmaq olmaz.

“Xəzərxəbər”-in mövzu ilə bağlı videomaterialını oxu.az-a istinadən təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam