Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bakıda sotu 500 minə olan torpaq sahəsi var –EKSPERT ŞƏRHİ

Daşınmaz əmlak bazarında hələlik ciddi dəyişiklik yoxdur. Azərbaycanın makroiqtisadi göstəriciləri müsbətə doğru getdikcə, daşınmaz əmlak bazarında da dəyişiklik baş verəcək.

Yenixeber.org:  Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı ev, maşın və torpaq bazarındakı son vəziyyət haqda danışarkən deyib. 

Onun sözlərinə görə, hazırda torpaq bazarında qiymət azalması, mənzil bazarında stabillik, maşın bazarında isə qiymət artımı müşahidə olunur:

"Torpaq bazarında qiymətlərin azalması davam edir. Ötən illə müqayisədə tələb və təklifin strukturunda ciddi dəyişiklik yoxdur. Bu o deməkdir ki, tikinti tempi aşağı düşüb, kiçik ölçülü fərdi yaşayış evləri üçün yararlı olan torpaq sahələrinə tələb azalıb. Bu da nəticə etibarilə qiymətlərin azalmasına səbəb olub. Orta göstəricilərə əsasən, bu il torpaq bazarında təxminən 1,5% qiymət azalması müşahidə olunub.

Təyinatına görə torpaq sahələrinin qiyməti dəyişir. Hazırda paytaxtın mərkəz hissəsində 1 sotunun dəyəri yarım milyona təklif olunan torpaq sahəsi mövcudur. Bakı və Abşeronun ən ucqar ərazilərində isə qiymətlər 1 sot üçün 1000 manatdan başlayır”.

Ekspertin sözlərinə görə, ötən ilin sonlarında ipoteka kreditlərinin bərpası mənzil bazarına müsbət təsir edib:

"Ötən ilin sonuna doğru müraciətlərin artması bazarda dinamika yaratdı. Nəticədə qiymətlər sürətlə artmağa başladı. Ümumilikdə isə bazarda vəziyyət stabildi. Yəni qiymətlərin müsbət və mənfi tərəfə dəyişikliyi baş vermir. Güman ki, bu proses may ayının sonlarına kimi davam edəcək. Bundan sonra isə qiymətlərdə mütləq dəyişiklik olacaq. Amma bunun hansı formada baş verəcəyini əvvəlcədən demək düzgün olmazdı. Çünki proqnozlaşdırma potensial alıcının bazardan çıxaraq gözləmə mövqeyinə keçməsinə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, avtomobil bazarında vəziyyət fərqlidir:

"Hazırda istismarda olan avtonəqliyyat vasitələrinin, xüsusilə, ili 2004-cü ildən yuxarı olan avtomobillərin qiymətində artım var. Düşünürəm ki, bu proses bir müddət davam edəcək.

Ümumilikdə isə Azərbaycanda avtomobil idxalı azalıb. Xüsusilə köhnə avtomobillərin idxalı prosesində ciddi problemlər var”.

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam